Azərbaycanda uşaqlara bu adların qoyulması QADAĞANDIR

loading...

“Azərbaycandakı ad və soyadların milliləşdirilməsində əvvəlki illərlə müqayisədə inkişaf var. Soyad sonluqlarının dəyişdirilməsi daha çox nəzərə çarpır”.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov qeyd edib ki, soyad formalarının dəyişdirilməsinə maraq artıb, vətəndaşlar daha çox “-lı” şəkilçisi ilə olan formaya və şəkilçisiz formaya üstünlük verir:

“Ümumi ictimai fikrə əsaslansaq, milliləşmə prosesinin sürətləndiyini qeyd edə bilərik. 2-3 il əvvəl ölkəmizdə islam dinini tərənnüm edən adlara üstünlük verilsə də, bu sayda azalma müşahidə edilir. Daha çox türk mənşəli adlara üstünlük verildiyini görürük. Bu sırada Türkiyədən gələn adlar da çoxdur”.

“Keçmişdə uşaqlara verilən qəribə adlara indi də rast gəlinirmi” sualına cavab olaraq Mədəniyyət komitəsinin sədri deyib ki, həmin adlar, eyni zamanda həddindən artıq sosialist məzmun daşıyan adlar qəti şəkildə aradan qalxıb. Nizami Cəfərov onu da vurğulayıb ki, Həsənqulu, Hüseynqulu kimi ikimərtəbəli adların uşaqlara verilməsi də aradan götürülüb. “Bu adlarla bağlı qadağa olmasa da, tövsiyə olunmur”. Onun sözlərinə görə, Azərbaycanda uşaqlara verilməsi qadağan olunan adlar var:

“Həmin adlar təhqir məzmunlu, kiçildici məna bildirən adlardır. Hitler adının qoyulması da qadağandır”.

Atatürkün adının uşaqlara verilməsinə qadağa qoyulmasına gəlincə, Nizami Cəfərov deyib ki, bu adla bağlı konkret qadağa olmasa da, qoyulması məsləhət görülmür:

“Atlıtürk, Ulutürk adları da həmin sıradadır. Fikrimcə, qadağa olmasa da, bu cür adları uşaqlara qoymaq olmaz”.

loading...
SHARE
Şərh yaz