loading...

Azərbaycanda fəaliyyət göstərən “Aktiv Analar klubu” (“Active Moms club”) fəaliyyətinin 1 yaşını qeyd edib.

“Aktiv Analar klubu”nun rəhbəri Ruhiyyə Əşrəfli çıxış edərək, klubun 1 il ərzində gördüyü işlər barədə mərasim iştirakçılarına məlumat verib:

1.na_gladghehvnuyu

“Bu ideyanın yaranmasına səbəb “facebook” sosial şəbəkəsində anaların gizlin qrupunda aparılan söhbətlər oldu. Bu qrupda analar yığışıb onları narahat edən mövzulardan danışır, bildiklərini bir-birlərinə bölüşürdülər. Bu hal məndə analar üçün daha uyğun və rahat bir yer yaratmağa ideya verdi. Hazırda bizim gizli analar qrupunda 700 nəfər var. Bu qrupun yaradılması bu yöndə ilk addımımız oldu. Vaxtaşırı biz artıq virtual dünyamızdan çıxmağa və real həyatda görüşməyə başladıq. Görüşlər həkimlərin, psixoloq və müəllimlərin iştirakı ilə seminarlar xarakteri daşıyırdı. Geridə qoyduğumuz bir il müddətində 9 tədbir keçirməyə müvəffəq olmuşuq. Çox saylı aktiv anaların bizim klubda olmalarını arzu edirəm. Ümid edirəm ki, bundan sonra da klubun fəaliyyəti bir çox qadınların, ana olmağa hazırlaşan xanımların və anaların köməyinə çatacaq”.

Tədbirdə həmçinin dövlət və özəl sektordan olan, tanınmış ictimaiyyət nümayəndələri “aktiv ana” statusunda çıxış ediblər.

11sdvdfhnrtj

Xanım.net olaraq, “Aktiv Analar klubu”nu 1 yaşları münasibəti təbrik edir, gələcək fəaliyyətlərində uğurlar diləyirik!

 

15fdhsrtjrj

9ejekyi_lui

17yrrrrrjmnyk

loading...
Şərh yaz