Azərbaycanın ən yaraşıqlı kişi müğənnisi kimdir?

loading...

Sənət aləminin tanınmış xanım simaları arasında sorğu apararaq, onlardan şou-biznesin ən yaraşıqlı kişi müğənnisinin adı soruşulub.

Sorğunun nəticələrini təqdim edirik:
  • Xalq artisti Firəngiz Mütəllimova – Bütün kişi müğənnilərimiz yaraşıqlıdır.
  • Əməkdar artist Elza Seyidcahan – Şou-biznesdə ən yaraşıqlı müğənni Eyyub Yaqubovdur. Əsl kişidir.
  • Əməkdar artist Almaz Ələsgərli – Mənim fikrimcə, heç biri yaraşıqlı deyil.
  • Aparıcı Mətanət Əliverdiyeva – Ən yaraşıqlı kişi Emin Ağalarovdur.
  • Müğənni Ayan Babakişiyeva – Elçin Cəfərov
  • Aparıcı Günel Hümbətova – Ən yaraşıqlı Namiq Qaraçuxurludur.
  • Müğənni Günel Ələkbərova – Heç biri zövqümcə deyil.
  • Müğənni Rəqsanə İsmayılova – Elnur Məmmədov.
  • Müğənni Aysel Əlizadə – heç biri yaraşıqlı deyil.
  • Müğənni Roza Zərgərli – Samir Cavadzadə, Namiq Qaraçuxurlu, Çingiz Mustafayev.
  • Rəqqasə Fatimə Fətəliyeva – Düşünürəm ki, ən yaraşıqlı Namiq Qaraçuxurludur.
  • Aparıcı Elnarə Təhməzova – yaraşıqlı deyə bilmərəm. Amma ən şirin müğənni Elnur Məmmədov və Eldar Qasımovdur.
  • Müğənni Xatirə İslam – Emin Ağalarovdan başqa yaraşıqlı müğənnimiz yoxdur.
  • Əməkdar artist Nüşabə Ələsgərli – Elton Hüseynəliyev.
  • Aparıcı Nərgiz Məmmədova – Samir Cavadzadə.
  • Müğənni Mətanət Əsədova – Zamiq Hüseynov və Abbas Bağırov.

Zəhra Əhmədova

loading...
Şərh yaz