Azərbaycanlı kişi “ərə getdi” (FOTO, VİDEO)

loading...

Camal Əhmədov Rusiyada radiolardan birinin kişi redaktoru ilə nigaha girib.

Azərbaycanlı rəssam həmcinsi ilə evləndi. Xanim.net-in, ANS PRESS-ə istinadən məlumatına görə, “Avropa pyus” proqram direktoru və musiqiq redaktoru evlənib. Maksim Koçerqinin seçimi isə azərbaycanlı peyzaj ustası Camal Əhmədov olub. Onların nigah mərasimi Danimarkada baş tutub.

Cütülük bu addımı iki həftə əvvəl atıb. Lakin mətbuatda yeni məlumat yayılıb. Mərasimdən fotolar onların dostlarının sosial şəbəkələrdəki səhifələrində yayaılıb. Video və fotolarda onların bir-birinə necə “hə” dediyi açıq aşkar görünür.

Camal Əhmədov

M.Koçerqin Moskva şou biznesində yaxşı tanınan simalardan biridir. O, 0n ildən çoxdur ki, adıçəkilən radioda çalışır.

“Nigah” mərasimindən görüntü

Camal Əhmədov

Onun dostları, yaxınlarının sözlərinə görə, musiqiq redaktoru heç vaxt oriyentasiyasını açıq-aşkar elan etməyib. Koçerqinin seçimi haqqında isə elə də çox informasiya yoxdur. Ancaq onun rəssam olduğu, akvarel janrında çalışdığı bilinir. Onun çox sayda sərgisi baş tutub.

Danimarkada eynicinslilərin nigahına 2012-ci ildən icazə verilir. Cütlük toydan sonra bu ölkədə uzun müddət qalmayıblar. Onların hər ikisi belə nigahların hüquqi qüvvəsi olmadığı Rusiyada çalışır.

loading...
SHARE
Şərh yaz