Azərbaycanlı tanınmışların sirr saxladıqları biznesləri bəlli oldu

loading...

Üzdə olan sənət adamlarının əksəriyyəti bir qayda olaraq, öz gələcəklərini qarantiyaya almaq üçün şəxsi bizneslərini qururlar. Məlum məsələdir ki, yaşı 60-ı keçmiş hansısa aktyor, yaxud müğənni artıq ya heç kimə lazım olmur, ya da əvvəlki gücünü sərgiləyə bilmədiyi üçün meydandan çəkilməyə məcbur olur. Buna görə də əksər sənətçi gələcəyini indidən düşünüb, kiçik də olsa özünə biznes qurur.

  • Lakin bəziləri bunu reklam etməyə səy göstərsə də, çoxları gizlin saxlamağı üstün tutur. Biz də müğənnilərdən kimlərin biznesinin olub-olmadığını öyrənmək üçün onlardan bir neçəsi ilə telefon əlaqəsi saxladıq.
    Xalq artisti, müğənni Səməd Səmədov heç vaxt bizneslə məşğul olmadığını dedi:
    “5 nəvəmin canına and olsun ki, heç bir biznesim yoxdur. Heç bu haqda düşünməmişəm. Çünki biznes mən bacaran iş deyil. Mənimki odur ki, min nəfərlik zal olsun və mən insanları əyləndirim. Onlara yaxşı, xoş əhval, şənlik bəxş edim”.
  • Müğənni Manaf Ağayev isə biznesinin olmasını istədiyini bildirdi:
    “Hazırda məşğul olduğum biznes sahəsi yoxdur. Amma istərdim ki, olsun. Bu istiqamət üzrə hazırda çalışıram. Müğənnilik o demək deyil ki, ömrün boyu oxuyasan. Vaxt gəlir ki, dəbdən düşürsən. Yaşa dolduqca təravət itir. Ona görə də gələcək üçün özünə bir gün ağlamalısan. Mən indi desəm ki, bina tikəcəyəm və yaxud başqa bir şey – yalan olar. Amma çalışıram ki, işləyib qazanım və dükan və ya mağaza alım”.
  • Əməkdar artist Nüşabə Ələsgərli əvvəl biznesinin olduğunu söyləsə də, hazırda bu işlə məşğul olmadığını dedi:
    “Mənim əvvəl gözəllik salonum və supermarketim var idi. Ancaq hazırda yoxdur. Bizneslə məşğul olmağı bacarmadım, işlərim alınmadı. Gələcəkdə yenidən biznesə qol qoymağı düşünmürəm. Mənə elə gəlir ki, hər kəs öz işi ilə məşğul olsa yaxşıdır”.
  • Xalq artisti Brilyant Dadaşova isə bu haqda heç vaxt düşünmədiyini dedi:
    “Mənim biznesim yox, səsim və musiqim var”.
  • Əməkdar artist Baloğlan Əşrəfov isə onun biznesinin “boğazı” olduğunu bildirdi:
    “Müəyyən yaşa qədər mənim biznesim boğazımdır. Ondan sonra övladlarım məni saxlayar. Necə ki, mən atamı, babamı saxlamışam. Mən biznes işini bacarmaram. Amma vaxtilə məndən alınan borc pullarla özlərinə doğrudan da böyük biznes quranlar olub. İndi də onların mağazaları və sairələri var. Amma mən bunu bacarmadım. Çünki mənə yol göstərən olmadı”.
  • Müğənni Əli Mirəliyev isə 165 manat təqaüd aldığını və heç bir biznesinin olmadığını dedi:
    “Bir müğənninin sənəti, istedadı varsa və o insan öz musiqisi, səsi ilə insanları düşündürə bilirsə, bu elə onun üçün biznesdir. Yəni Allah tərəfindən verilən bir varlıqdır. Nə vaxt eşitmisiniz ki, Rübabə Muradovanın, Qulu Əsgərovun və digər korifeylərin biznesi olsun. Bu insanların biznesləri onların sənəti olub. Amma indi “xalq artistləri”, “əməkdar artistlər” var ki, onları oxumaq yox, biznesləri düşündürür. Onlar ancaq brilyantlarını, evlərini, bahalı maşınlarını, paltarlarını nümayiş etdirirlər. Adama sual verərlər ki, bu sizdə haradandır? Əgər bütün bunları oxumaqla qazanırsınızsa, o zaman mənim niyə olmasın?! Demək ki, bunlar başqa iş görürlər. Bu insanlar hətta insan, orqan alveri ilə məşğuldular. Fikir versəniz görərsiniz ki, elə müğənnilər var, oxumaqları alınmayıb deyə keçiblər veriliş aparmağa. Veriliş aparmaq üçün onlar kanalın sahibinə pul ödəməlidir. Çünki özəl kanaldır. Bu pulu haradan alırlar?! Bunlar Türkiyədə, Rusiyada evi necə, hansı pulla alırlar?! Bu, toyla, oxumaqla mümkün deyil. Bunlar xalqın gözündən düşmüş insanlardır. Səsi olmayan xalq artistləri, əməkdar artistlər prezident təqaüdü alır. Mən isə 160 manat təqaüd. Niyə mənə, Akif İslamzadəyə prezident təqaüdü vermirlər? Çünki biz düz danışırıq. Amma yaltaqlıq edənlərə verirlər”.
  • Xalq artisti Ağadadaş Ağayevin bir zamanlar Bakıda məşhur olan “Büsat” şadlıq sarayının sahibi olduğu deyilir.
  • Əməkdar artist, aktrisa Vəfa Zeynalova da gözəllik salonu işlədən sənətçilər sırasındadır. “LS” adlanan salon V.Zeynalovanın qızlarının adları ilə bağlıdır.
  • Şoumen Murad Dadaşov isə həm bir “prodakşn” (“M Group production”), həm də şirniyyat dükanına sahibdir.
  • Rəqqasə Fatimə də bizneslə məşğul olan sənət adamları sırasında yer alır. Onun bir neçə mağazalarının olduğu məlumdur.
  • Müğənni Xəyyam Nisanov isə “Little Smile” adlı uşaq əyləncə mərkəzinin sahibidir.
  • Müğənni Zamiq Hüseynov “ZH” geyim mağazasının, əməkdar artist Abbas Bağırov isə “ABA” şirniyyat evinin sahibidir.
  • Müğənni Röya Ayxanın Xaçmaz rayonunun Nabran qəsəbəsində şəxsi villası var. Villasının yanında istirahət üçün nəzərdə tutulmuş bir neçə kiçik evlər tikdirib. Adıçəkilən mənzillər isə Nabrana istirahətə gələn turistlərə və ən əsası ailəvi insanlara kirayə verilir.
  • Əməkdar artist, hamının “Toppuş bacı” kimi tanıdığı aktrisa Tünzalə Əliyeva da öz biznesini quran sənətçilər sırasındadır.
  • Əməkdar artist Aygün Bəylər də biznesi olan sənətçilərdəndir. Müğənni Suraxanı rayonunda bir neçə avtoservisin sahibəsidir.
loading...
SHARE
Şərh yaz