loading...

Məşhur amerikalı skripkaçı, meqa-star Hillari Hanın Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti Firəngiz Əlizadənin əsəri də daxil olan “Deutsche Grammofon” albomu ilin ən yaxşı kamera musiqisi nominasiyasında “Grammy” mükafatına layiq görülüb.

AzərTAc-ın məlumatına əsasən, “Grammy” mükafatının 57-ci təqdimat mərasimi fevralın 8-də Los Angelesdə keçirilib.

Bu sevinci jurnalistlərlə bölüşən Firəngiz Əlizadə bunu bütövlükdə Azərbaycan musiqinin uğuru kimi dəyərləndirərək deyib: “Çox sevinirəm ki, mənim əsərim də Hillari Hanın ifasında “Grammy” mükafatı alıb”.

loading...
SHARE
Şərh yaz