Azərbaycanlı xanım beynəlxalq mükafata layiq görüldü

loading...

“Hamı üçün Yaxşı Dünya Yaradan – Qadın ikonası”

08-13 May 2017-ci il tarixlərində Hindistanda, Yeni Dehli şəhərində ənənəvi olaraq keçirilən Dünya Qadınlarının İqtisadi Formunda Azərbaycanın tanınmış xanımı, liderlik, gender və inkişaf üzrə ekspert Şəmsiyyə (Şəms) Mustafayeva Azərbaycan və regionda qadınların inkişafına verdiyi tövhəyə görə “Hamımız üçün Yaxşı Dünya Yaradan – Qadın ikonası” (“Iconic Women Creating a Better World for All”) ali mükafata layiq görülüb.

150-dən artıq ölkədən, 2000-dən çox nümayəndə heyətinin, 520-dən çox qadın liderin qatıldığı Qadınların İqtisadi Forumda müxtəlif sahələri üzrə, əsasən yaradıcılıq, innovasiya, özünü inkişaf, gələcəyə baxış, təhsil, karyera istiqamətlərini əhatə edən maraqlı müzakirələr aparılır.

Xatırladaq ki, Şəmsiyyə (Şəms) Mustafayeva bu Forumda ölkəmizi təmsil edən yeganə Azərbaycanlı olmaqla, “Hamımız üçün Yaxşı Dünya Yaradan – İkonik Qadın” ali mükafatına layiq görülən ilk həmyerlimizdir.

Qeyd: Şəmsiyyə (Şəms) Mustafayeva hazırda liderlik, gender və inkişaf üzrə ekspert olmaqla yanaşı, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektorunun müşaviri və Strateji İnkişaf şöbəsinin müdüridir. O, əvvəllər ADA Universitetinin elmi işlər üzrə Prorektor müavini, Amerikanın Sülh Korpusunun direktoru vəzifəsində çalışıb. Edmund S.Muskie proqramının mükafatçısı kimi Amerikanın idarəetmə üzrə bir nömrəli məktəbi – Siraküz Universitetində İdarəetmə və Beynəlxalq Əlaqələr üzrə iki magistr dərəcəsi alıb.

loading...
SHARE
Şərh yaz