Badımcan qansızlığa yaxşı təsir edir

loading...

Badımcanı çox sevənlər var, bir də heç sevməyənlər – “Onsuz da heç bir faydası yoxdur, niyə yeyim” deyə düşünürsünüzsə yanılırsınız.

Badımcanın faydaları…

  • Badımcanın içində A vitamini və fosfor var.
  • Bəzi esanslara sahib olan badımcanın ən böyük xüsusiyyəti sinirləri sakitləşdirməsidir.
  • Sidik qovucu olduğu üçün də bədəndən su xaricinə və çəki azaltmaısında faydası var.
  • Qansızlığa yaxşı təsir edir.
  • Badımcan, damarları yüksək xolesterolun yaratdığı pis təsirlərdən qoruyur.
  • Heyvanlar üzərində aparılan bir təcrübədə badımcan yeyənlərdə mədə xərçənginə rast gəlinmədiyi görülmüşdür.
  • Əzələlərin inkişafına və istəksiz əzələ sıxılmalarına da faydalı olduğu təsdiq edilmişdir.
  • Badımcan lifli bir tərəvəzdir. Bu liflər sayəsində həzmsizliyə faydalı olduğunu, bağırsaqları da yaxşı işlətdiyini mütəxəssislər ifadə edir.
  • Sağlamlığımıza faydalı olan bu tərəvəzə arıqlamaq istəyənlər üçün diyetoloqların siyahısında rast gəlmək olar.
  • Ən sağlam bişirimə üsulu küldə ya da ocaq üzərində bişirilib, qabıqlarını soyaraq, incə doğrayaraq yeməkdir.

Bişirmədən yeməyin

Badımcanı çiy olaraq yeməyin. Mütləq bişirin. Təzə badımcanın içlərini oyarkən, atılan ağ qisimlərində Solanin deyilən bir maddə saxlayır. Bu maddə çiy qəbul olduğunda zəhərlənmələrə səbəb olur. Ancaq bişirildiyində bu maddə yox olur.

loading...
Şərh yaz