Bağırsaq xərçənginin ilkin müayinəsi: Koloskopiya

loading...

Son dövrlərdə onkoloji xəstəliklər insanlar arasında daha geniş yayılmaqdadır. Xərçəng xətsəliyi hər nə qədər ağır bir xəstəlik olsa da onkoloqlar ilkin mərhələdə xəstəliyin müalicəsinin və ondan xilas olmağın mümkün olduğunu bildirirlər. Əsas xəstəliyi ilkin mərhələdə, düzgün müayinə ilə aşkarlamaqdır. Xanım.net olaraq bu dəfə sizə bağırsaq xərçənginin müayinə üsullarından biri olan koloskapiya barədə məlumat verəcəyik:

Koloskopiya

Bu üsul bağırsağın müxtəlif hissələrinə birbaşa baxmaq imkanı verir. Belə hissələrdən toxuma nümunələri (Bioptat) götürülə və mikroskopla müayinə oluna bilər. Bir daha qeyd etmək lazımdır ki, bağırsağın selikli qişasında ayrı-ayrı xırda qabarcıqlar – poliplər olur ki, bunlar da uzun illər sonra bədxassəli şişə çevrilə bilir. Ona görə də onlar bağırsaq xərçənginin erkən bir pilləsi kimi qəbul oluna bilir. Poliplər Koloskopia ilə dərhal aşkar oluna bilir.

Koloskopiyadan öncə bağırsaq tamamilə nəcisdən təmizlənməlidir ki, selikli qişa tam müşahidə oluna bilsin. Koloskopiyaya bir neçə gün qalmış karbohidratlarla zəngin qidalar (məs., kəpəkli undan bişirilmiş çörək, kivi, üzüm) qəbul olunmamalıdır. Müayinəyə 24 saat qalmış ağır yeməklər yeyilməməlidir. Daha çox maye qəbulu (məs., su, çay) tövsiyyə olunur. Koloskopiya rutin bir prosesdir. Nadir hallarda bağırsaq divarının zədələnmsi kimi ağırlaşmalar – qanaxma və perforasiya (bağırsağın deşilməsi) ola bilər.

loading...
Şərh yaz