Bal kimi bal ayı

loading...

Bu gün gündəlik həyatımızda tez-tez rast gəldiyimiz sözlərdən biri də “bal ayı”dır. Çoxumuz da bu sözü eyni cür yozuruq – cütlüklərin birlikdə keçirdikləri ən şirin, xoş bir ayı. Amma əslində bu ifadə tamam başqa anlam daşıyırmış.

4 min il bundan əvvəl Babilyonda toydan sonrakı bir ay ərzində maraqlı adət həyata keçirilirdi. Belə ki, bu bir ay ərzində gəlinin atası öz təzə yeznəsinə bacardığı qədər çoxlu bal içirtməliydi. Bu, əslində bizim bildiyimiz bal deyildi, Babilyonların şirin pivəsi hesab olunurdu. Bu bir ay Babilyonların təqviminə əsasən ayla əlaqəli olduğu üçün “Bal Ayı” adlandırılırdı. Ancaq indi bal ayı dedikdə tamam başqa şeylər başa düşülür (eugeneportman.com).

loading...
SHARE
Şərh yaz