loading...

Bal havanın, işığın və istiliyin təsirinə qarşı həssas olduğu üçün, onu açıq qabda, günün altında və arı pətəyində maksimal temperaturdan yüksək şəraitdə (yəni 36°C-dən yuxarı) saxlamaq olmaz. Balı kəsmikli yeməklərə, təbii meyvə mürəbbələrinə, soyuq və ya azca qızdırılmış içkilərə, tərəvəz salatlarına, quru meyvələrin üzərinə, salatlar və tərəvəz salatları üçün sousların tərkibinə, şirin yeməklərə əlavə etmək daha yaxşıdır. Balı adi halda, ürəyiniz şirniyyat istədikdə də yemək olar. Çalışın balı isti çaya və ya südə əlavə etməyəsiniz. Yaxşı olar ki balı çörəyin üzərinə çəkəsiniz və ya qaşıqla yedikdən sonra isti çay içəsiniz. İçkini tam uyğun temperatura qədər soyutduqdan sonra ona bal əlavə etmək olar.

Sulu bal

Sulu bal şəffaf olur və axar struktura malikdir. Onun rəngi bal yığımından asılı olaraq açıq və tünd olur. Balı yığmadan və saxlama şərtlərindən asılı olaraq balın sulu konsistensiyası bir neçə gündən bir neçə aya qədər qala bilir (maksimum 5 ilə qədər). Tərkibində çox fruktoza olan bal uzun müddət maye halında qalır. Tərkibində çox qlükoza olan bal isə daha tez xarlanır.

Qızma vaxtı bal həmişə maye konsistensiyasını ala bilər, ancaq bu halda onun qiymətli komponentlərinin çox hissəsi dağılır. Satışda olan bir çox bal növləri °C 80-120 temperatur şəraitində termo emala məruz qalıblar.

Kremə bənzər bal

Kremə bənzər bal mexaniki emal nəticəsində alınır. Əvvəl daha çox sulu və ya bərk bal növləri məlum idi, kremə bənzər bala çox nadir hallarda rast gəlinirdi. Onun alınması üçün müəyyən şərtlər lazımdır: konkret bitki növlərindən alınan bal, optimal rütubət şəraiti və xüsusi saxlama temperaturu.

Əgər bal xarlanan zaman onu qarışdırsanız və ya əzsəniz, kristalların yaranmasına mane ola bilərsiniz və ya bu prosesi dayandıra bilərsiniz. Nəticədə bal xırda kristallar ilə xarlanır və onun konsistensiyası kremə bənzər kütlə halını alır.

Bərk bal

Bərk bal – bu təbii üsulla xarlanmış çiçək balıdır. Müxtəlif bitkilərdən yığılan nektardan asılı olaraq o bir az yumşaq və ya çox bərk konsistensiyaya malik ola bilər. Bu balın iri və xırda dənəli növləri var.

loading...
Şərh yaz