loading...

Balın müxtəlif faydalı və fizioloji xüsusiyyətlərini necə saxlamaq olar? Bal nadir məhsullardan biridir ki, düzgün saxlanma vaxtı ona xas olan “daxili keyfiyyətlərini” illərlə itirmir. Bal daha yaxşı soyuq şəraitdə qala bilir. Lakin bunun üçün də bəzi qaydalar nəzərə alınmalıdır.

Balın uyğun qablarda saxlanılması

Balın saxlanılması üçün müxtəlif maddələrə qarşı neytral olan şüşəli qablar məsləhət görülür. Daha çox gigiyenik tələblərə uyğun və əlverişli 3 litrlik bankalar uyğun gəlir. Bu bankalar ətraf mühit üçün də zərərli deyil, çünki onları bir neçə dəfə istifadə etmək olar.

Bankanin qapağı germetik bağlanmalıdır. Bunun üçün tez-tez istifadə olunan plastmas qapaqlar uyğun gəlir. Balın tərkibində turşular olduğu üçün, arı mumu ilə örtülmüş kağız çəkilməsi də lazımdır.

“Təbii” qida məhsulu bal nə dəmir, nə də plastik qablar ilə uyğunlaşa bilmir. Metal qabları çox asanlıqla cızmaq olduğu üçün, onlar tez paslana bilir və bu səbəbdən də balın saxlanılması üçün uyğun gəlmirlər. Plastmas qabların isə özlərinə məxsus xüsusi qoxusu olduğu üçün balın saxlanılması üçün uyğun gəlmirlər.

İşığın bala təsiri

Balın çox qiymətli komponentləri işığa və istiliyə qarşı həssasdırlar. Onlara tərkibində bakterisid maddələr olan və kariyesə və müxtəlif yoluxucu xəstəliklər törədən bakteriyalara müqavimət göstərən saxaroza, diastaza, qlükozooksidaza maddələri aiddir. Buna görə əgər balın şüşə bankalarda yox, başqa materiallardan hazırlanmış qablarda satıldığı görsəniz, bu balın saxta olduğunu bildirir.

Balın havaya və qoxuya qarşı həssaslığı

Balı ağzı bağlı qablarda saxlamaq üçün bir sıra mühüm səbəblər mövcuddur. Ağzı açıq qablarda saxlanılarkən balın tərkibində olan aromatik maddələr, efir yağları buxarlanır. Hesab edilir ki, bu maddələr vitaminlər kimi eyni təsirə malikdir. Həm də ağzı açıq qablardakı bal özünə suyu çəkdikyi üçün turşuya bilər.

Balın istiyə qarşı həssaslığı

Arı pətəyində bal orada yaşayan arılar ilə yanaşı saxlanılır. Pətəkdə orta illik temperatur 17-19 °C təşkil edir, maksimal temperatur isə 37°C çox deyil. Qışda şanların yan tərəfi donur, çünki arılar onları tərk edərək pətəyin mərkəzində toplaşırlar. Balın hansı şəraitdə saxlamağı bizə onu arı pətəklərində təbii şəraitdə saxlayan arılar öyrədirlər.

Yaxşı olar ki balı həmişə quru, sərin, qaranlıq yerdə saxlayasınız.

loading...
Şərh yaz