loading...

Çiçək balı

  • Akasiya balı. Tərkibində çox fruktoza olduğu üçün o uzun müddət maye halında qalır. Bu bal açıq rəngdə olur və yumşaq, zərif dada malikdir.
  • Cökə balı. Bu bal əsasən yaşılaçalar açıq rəngdə olur və onun tərkibində xeyli miqdarda qlükoza olur. Bal iri kristallarla şəkərlənir və xarlandıqdan sonra bərk halda olur.
  • Yonca balı. Bu bal açıq (ağımtıl) rəngə malikdir və əsasən xırda kristallarla şəkərlənir. Yonca balının xoş zərif dadı olur.
  • Günəbaxan balı. Bal günəbaxan bitkisinin gülləri kimi açıq sarı, parlaq rəngdə olur və xırda kristallarla şəkərlənir. Balın tipik ətri və dadı var.
  • Zəncirotu balı. Bu balın açıq-sarıdan sarı rəngə qədər çaları olur. Bal tez şəkərlənir və “daş kimi” bərk olur. Lakin onu qarışdırdığınız zaman o kremə bənzər kütlə vəziyyətini alır. Bal çox zərif dada malikdir ki, bal həvəskarları onu çox qiymətləndirirlər.
  • Süpürgə kolundan yığılmış bal. Balın tipik, bir az büzüşdürücü dadı və kəhrəba rəngi var. Bal əsasən arı şanlarında satılır.
  • Şabalıd balı. Bu bal növünün tərkibində çox fruktoza olduğu üçün o uzun müddət qatı sulu vəziyyətdə qalır, hətta xarlandıqdan sonra belə o yumşaq qalır. Balın fərqli dadı və tünd rəngi var.
  • Qarabaşaq balı. Bu bal tünd qəhvəyi rəngdə olur, xarlandıqda kremə bənzər kütlə alınır. Balın xüsusi ətri olduğu üçün əsasən həvəskarlar tərəfindən bəyənilir.
  • Meyvəli bal. Adından da göründüyü kimi bu bal növü meyvə ağaclarının və giləmeyvələrin bitkilərindən yığılan nektardan alınır. Bu xoş ətri olan bal çox vaxt qarışıq rəngdə olur.
  • Ot balı. Bu bal növü çəmənlikdə bitən müxtəlif bitkilərin nektarından alınır. Otlardan yığılan balın gözəl açıq rəngi, zərif dadı və ətri var.

Həşəratların və bitkilərin ifraz etdiyi maddələrdən alınan bal

Bu tip bal əsasən meşələrdə olur. Onun tərkibində çoxsaylı minerallar ilə yanaşı xeyli miqdarda fruktoza olduğu üçün o uzun müddət maye halında qalır. Balın rəngi tünd olur, dadı isə bir az acıtəhər olur.

loading...
Şərh yaz