loading...

Zibilə atdığınız banan qabığının tərkibindəki minerallar sayəsində dişlərinizi ağartmağın mümkün olduğunu bilirsinizmi?

Şirin dadıyla sevdiyiniz meyvələri arasında yer alan banan, yüksək mineral tərkibilə, eyni zamanda sağlamlığımız üçün ən faydalı meyvələrdən biridir.

Qan təzyiqi səviyyəsinin qorunması baxımından olduqca əhəmiyyətli bir mineral olan kalium baxımından zəngin banan, yüksək təzyiqi aşağı salmaq, damar tıxanıqlığının qarşısını almaq, ürəyin normal funksiyalarının bərpasına köməkçi olmaq, ürək və damarlara bağlı xəstəliklərdən qorunmaq üçün tövsiyə olunsn meyvələr sırasındadır.

Sağlamlığınız baxımından bu qədər faydalı olan bananın qabığını dişlərinizi ağartmaq üçün də istifadə edə bilərsiniz.

Nə etməlisiniz?

Bunun üçün bir parça banan qabığının iç tərəfi ilə 2 dəqiqə dişlərinizi və ətrafını dairəvi şəkildə ovun. Qabığın içindəki kalium, maqnezium və manqan kimi minerallar sayəsində dişləriniz qısa zaman içərisində ağappaq olacaq.

loading...
SHARE
Şərh yaz