Barmağımızdakı üzüklərin mənası

loading...

Bəzi psixoloqlar insanları onların əşyaları və onların stilinə görə xarakterini qiymətləndirir. Bu məqamlardan biri də, üzüyü hansı barmağınıza taxmaqdır.

Əgər siz üzüyü baş barmağınıza salırsınızsa, bu özünü təsdiqi bildirir

Qədim yunanlar baş barmağı kişilərin cinsi orqanı ilə assosiasiya edirdilər. Böyük barmağa taxılan üzüklər kişinin müdafiəsi, onun gücünün saxlanılması üçün nəzərdə tutulurdu. Hal-hazrda isə bu barmaqdakı üzük onun sahibinin özünü təsdiqetmə cəhdini bildirir. Əgər bunu xanımlar edirsə, bu zaman ehtimal ki, onlara kişi xarakterinin bəzi xüsusiyyətləri məxsusdur (məsələn, inad, hirslilik və s.). Çox vaxt qeyri-ənənəvi seksual oriyentasiyası olan qadınlar da üzüyü baş barmağa taxırlar.

Şəhadət barmağındakı üzük hakimiyyət və gücün rəmzidir

Sağ əlin şəhadət barmağındakı üzük öz sahibinin iradəli xarakterini, onun hakimiyyətə cəhdini bildirir, həmçinin onun müsbət keyfiyyəti olan düşüncəsi haqqında xəbər verir. Sol əlin şəhadət barmağındakı üzük isə olduğundan fərqli görünməyə işarə edir. Bu insanlar həyatda göründükləri kimi deyil, bir az fərqli olur, özlərini daha yaxşı tərəfdən göstərməyə cəhd edirlər.

Orta barmaqdakı üzük eqoistlik rəmzidir

Psixoloqlar hesab edirlər ki, bu barmağına üçük taxan insanlar özləri ilə lovğalanmağa meyillidirlər. Üzük nə qədər effektiv olarsa, siz bir o qədər daha dəfedilməz görünəcək və özünüzdən daha əmin olacaqsınız.

Adsız barmaqdakı üzük sevgi və ailə rəmzidir

Bu barmaqdakı üzük hər kəsə bəlli məlumatı bildirir – o ailə vəziyyətinə işarə edir. Hələ qədim misirlilərin fikrincə adsız barmaqdan ürəyə sevgi damarı gedir. Bu barmağına üzük taxan qızlar tezliklə öz şəxsi həyatını qurmağı arzu edirlər. Həmçinin bu barmaqdakı üzük romantiklik, xəyalpərəstlik, zərif hisslər, incəsənətə sevgini bildirir. Yeri gəlmişkən, sol əlin adsız barmağına üzüyü dul və ya boşanmış qadınlar taxırlar.

Çeçələ barmaqdakı üzük qeyri-adi insanlara işarə edir

Bu barmaqdakı üzük onun sahibəsinin son dərəcə qeyri-adi şəxsiyyət olduğunu bildirir. Bu inandırmaq bacarığına malik olan mahir və yaradıcı təbiətli insanlardır. Bundan başqa çeçələ barmaqdakı üzük həmçinin hiyləyə və diribaşlığa da işarə edə bilər. Həmçinin hesab edilir ki, bu barmağına üzük taxan insanlar hamı ilə ümumi dil tapa, işgüzar əlaqələr qura bilir.

Ayaq barmağına üzük taxan xanımlar isə qeyri-adi, maraqlı olmağa, camaatdan seçilməyə cəhd edir. Həmçinin bu məqam xanımların özündən razı olmasına işarə edir.

loading...
Şərh yaz