loading...

Saçları çox tez-tez bağlamaq, hörmək, dartaraq arxadan bağlamaq saç itkisinə səbəb olur.

Androgenetik alopecia qadınlarda ən çox rast gəlinən saç tökülmə səbəbidir və ümumiyyətlə, təxmin edildiyindən daha məşhurdur. 35-40 yaşlarında qadınların 25 %-i, 40 yaşda olanların isə 50 %-də saçlarda tökülmə baş verir. Saçları tökülən qadınların 20 %-də müsbət ailə hekayəsi yer alır. Qadın genetik tipdəki saç tökülməsində genlərini ata, ya da ana tərəfindən almış ola bilər.

Qadınlarda böyük mənəvi rahatsızlığa yol açır

Cəmiyyətdə qadınlarda saç tökülməsinin nadir olduğu düşünülsə də, qadınların 30 %-nin həyatında ən az bir dəfə saç tellərində azalma müşahidə edilməkdədir. Qadınlarda bu vəziyyət geniş şəkildə bütün saçlarda görüldüyündən və kişilərdə olduğu kimi tam keçəllik yaratmadığından ön saç hissəsi, ümumiyyətlə, qorunur, buna görə də qadın tipi tökülmə (incəlmə və seyrəkləşmə) nadir olaraq qəbul edilir. Bu nadir olduğu düşünülən, amma qadınların 1 / 3-nə təsir edən vəziyyət qadınların istəmədiyi hallara gətirib çıxarır və nəticədə qadınlar kişilərə nisbətən daha çox narahat olmağa başlayır.

Qadınlar əsasən tökülən və incələn saçalarını örtmək, gizlətmək istəyirlər, hətta həmcinsləri ilə problemlərini paylaşmırlar. Bütün bu davranışlar işi daha da çətinləşdirir və gizlətmək əvəzinə həll yollarını tapmaq üçün digərləri ilə bölüşmək yaxşı nəticə verə bilər.

Bu saç modellərinə diqqət!

yigmaq

Qadınlarda saç qırılmaları saçlarda incəlmə ya da tökülmə olaraq başa düşülə bilər. Qırılmanın səbəbləri saç düzləşdiricilər, saç yumşaldıcılar, tez-tez saçın rənglənməsi və s. ola bilər. Saçları çox möhkəm bağlamaq, hörmək və ya çox dartaraq arxadan yığmaq da saç itkisinə gətirib çıxarır. Bu cür saçın üzərində stress yaradaraq zərər verən saç modellərindən qaçmaq gərəkdir. ///Sevil

loading...
SHARE
Şərh yaz