Beli qum saatı kimi incə göstərən donlar

loading...

Keyt Uinsletin “Venice Film Festivalında” geyindiyi rəng bloku taktikası tətbiq olunmuş geyimini xatırlayırsınız? “Stella McCartney”in 2011 payız-qış kolleksiyasından olan bu geyimin əsas özəlliyi vizual olaraq gözləri adlatmasıdır. Belə ki, geyim gözləri aldadaraq onun sahibini təxminən 4-5 kq arıq göstərir. Eyni ilə qum saatı kimi göstərir…

Keyt Uinslet bu modelin daha başqa rəngini geyinib. “Narciso Rodriguez” markasının qolsuz donu eyni ilə “Stella McCartney” dizaynı kimi incə görünməyə səbəb olan modeldir. Düzü desək, Keyt Uinslet çox da incə bədən quruluşuna malik deyil, hətta kobudluq hiss olunur. Lakin bu geyim sayəsində xüsusən də bel qismi daha incə görünür.

Əlbəttə ki, bu illüziya həddindən artıq kök xanımlarda o qədər də güclü şəkildə hiss olunmur. Məsələn, “Gloria Estefan” geyimin üstündə fiqaronu geyinməsə idi, daha yaxşı olardı.

Beli qum saatı kimi göstərən daha bir neçə məşhurun fotolarını seçdik:

Kim Kardaşyan və Viktoriya Bekhem (sanki daha incə görünməyə çox ehtiyacı varmış kimi) “Aleksandr Mcqueen” dizaynı optik illüziyalı paltar dəbindən geri qalmayıblar. Bu modelin kənarlarının qara (başqa rəngdə, yaxud krujeva və tor da ola bilər) olmasından dolayı təsiri daha yaxşı hiss olunur. Viktoriya Bekhem bu illuziya nəticəsində az qalır yox olsun.

Nikol Şerginzerin belini incə göstərməyə ehtiyacı olmasa da, bu modelə üz tutub. Amma yenə də çox seksual görünür.
Kristen Stüart da bir neçə il əvvəl “Erve Leger” dizaynı optik illüziyalı bir paltar geymişdi.

loading...
SHARE
Şərh yaz