Beyinin inkişafı üçün lazım olacaq məsləhətlər

loading...

Dost-tanışın telefon nömrələrini, vacib məlumatları, lazımlı insanların adlarını yadda saxlamaq üçün beyini məşq etdirmək və onun potensialını artırmaq lazımdır.

Sizə tez düşünmək, yaddaşı yaxşılaşdırmaq, məlumatı yaxşı mənimsəmək və beyininizin bütün potensialından istifadə etmək üçün bəzi məsləhətlər təqdim edirik.

  • Tapmaca və bilməcələr həll edin.
  • Sağ və sol əlinizin eyni dərəcədə işləmə qabiliyyətini inkişaf etdirin. Çalışın daha az hərəkətdə olan əliniz ilə dişlərinizi təmizləyəsiniz, saçlarınızı darayasınız və s. Eyni zamanda hər iki əl ilə yazın.
  • Paradoks və optik illüziya kimi şeylərdən həzz almağı öyrənin.
  • Bir və ya bir neçə hissinizi bloka salın: yeməyinizi gözü bağlı yeyin, duş qəbul edərkən gözünüzü yumun və s.
  • Müqayisəli dad hissinizi inkişaf etdirin.
  • Klaviaturaya baxmadan çap etməyi öyrənin.
  • Adi predmetlərin qeyri-adi tətbiqi üsullarını fikirləşin.
  • Əşyaların (fikirlərin, hərəkətlərin və s.) müəyyən edilmiş sırasını dəyişdirin.
  • Qaçın, atlanıb-düşün, idmanla məşğul olun.
  • Kritik düşüncənizi inkişaf etdirin. Yayılmış yanlış fikirləri təkzib edin.
  • Şəkil çəkin.
  • Hər hansı incəsənət növü ilə məşğul olun: heykəltəraşlıq, rəsm, musiqi və s.
  • Fokus göstərmək sənətini öyrənin, əllərinizin elastikliyini inkişaf etdirin.
  • Daim aclıq hiss etməyə cəhd edin.
  • Düz oturun.
  • Çoxlu miqdarda su için.
  • Öz fəaliyyətinizi rəngarəng edin, özünüzə hobbi seçin.
  • Az yatmağı üstün tutun.
  • Musiqiyə qulaq asın.
  • Yubanmayın, gecikməyin.
  • Şahmat və ya başqa stolüstü oyunlardan istifadə edin.
  • “Əqli inkişaf üçün oyunlar”-adət edin: sudoku, krossvord.
  • Ağlınıza hər gələn ideya və fikiri qeyd edib nəzərdən keçirin.
  • Öz ideyalarınıza inkişaf etməyə icazə verin.
  • “Tematik müşahidə” keçirin. Məsələn çalışın gün ərzində yalnız qırmızı rəngli predmetlərə diqqət edəsiniz. Yəni müəyyən bir mövzu seçib fikirinizi onda cəmləşdirin.
  • Xarici dillər öyrənin.
  • Uzun sözləri əksinə oxuyun.
  • Öz ətrafınızdakı əşyaların yerini dəyişdirin.
  • Hekayələr, ser yazın.
  • Sürətli oxuma texnikasını öyrənin.
  • Çalışın günün vaxtını öz hisslərinizə görə müəyyən edə biləsiniz.
  • Riyaziyyatla məşğul olun.
  • İnsanların adlarını yadda saxlayın.
  • Fəaliyyətinizin müxtəlif növlərinin adət edilmiş sürətini dəyişdirin.
  • Bir dəfəyə yalnız bir işi edin.
  • Bütün həyatınız ərzində fasiləsiz olaraq təhsil almağa, nəisə yeni bir şey öyrənməyə çalışın.
  • Xaricə səyahət edin və başqa ölkələrin insanlarının həyat tərzi ilə tanış olun.
  • Vaxtaşırı dünyagörüşü sizinkindən fərqli olan insanlarla ünsiyyət saxlayın.
  • Ünsiyyət vasitənizi dəyişin: kompüterin əvəzinə kağızdan, məktubun əvəzinə səsyazmadan istifadə edin.
  • Klassik əsərlər oxuyun.
  • Öz problemlərinizi səsləndirin.
  • Öz hisslərinizi ən xırda detallarla təsvir edin.
  • Mübahisə edin, öz dəlillərinizi müdafiə edin.
  • Maraqlanan insan olun.
  • Hər gün müxtəlif marşrutla hərəkət edin, işə getdiyiniz küçələri, yolu bir az dəyişin.
  • Söz ehtiyatınızı inkişaf etdirin.
loading...
Şərh yaz