loading...

“Birlik üçün oxu” layihəsində bu dəfə musiqisi Tofiq Quliyev, sözləri Rəsul Rzaya məxsus “Sənə də qalmaz”, musiqisi Fikrət Əmirov və sözləri Teymur Elçinə məxsus “Göy-göl” əsərləri səsləndirilib.

Daha öncə də klassik Azərbaycan musiqilərini yeni aranjmanda dinləyicilərə təqdim edən layihə müəllifləri bu dəfə də ənənələrinə sadiq qalıblar.

Xatırladaq ki, ABŞ-da reallaşdırılmış, sonradan dünyada məşhurlaşmış “Playing for Change” (Türkiyədə “Doğa için çal”) layihəsinin Azərbaycan versiyasıdır.

Layihənin təsisçilərinin sözlərinə görə layihədə məqsəd dini, iqtisadi, siyasi, ideloloji fərqliliklərindən asılı olmayaraq, musiqi vasitəsi ilə insanları birləşdirmək, aradakı məsafələri kiçiltmək mümkünlüyünü diqqətə çatdırmaqdır. Sözügedən video çarxı təqdim edirik:

 

loading...
Şərh yaz