Boşanmada bilməniz lazım olan məqamlar

loading...

Boşanma ilə rastlaşanlar bilir ki, bu çox çətin və əziyyətli bir prosesdir. Lakin bizim sizə təqdim edəcəyimiz bəzi məsləhətlər vəziyyətinizi bir az yüngülləşdirə bilər.

  1. Sizin həyəcanlanmağa haqqınız var. Hətta əgər ayrılmanın təşəbbüskarı siz olsanız belə, siz qəm və çaşqınlıq kimi hisslə keçirə bilərsiniz və bu tamamilə normaldır. Baxmayaraq ki, artıq qərar qəbul edilib və ehtimal ki, boşanma həqiqətən də hər iki partnyor üçün ən yaxşı çıxış yoludur, bu proses xoşbəxt ailə haqqında ümidlərin dağılmasını və itirilmiş sevgini bildirir. Əgər siz bu ağrı hissinə dözməsəniz, bu halda o ömür boyu sizinlə qalacaq. Buna görə də öz hisslərinizi ifadə edin: ağlayın, hirslənin, qışqırın və s.
  2. Ümumi dostlar. Nikah zamanı sizin ümumi ailəvi dostlarınız ola bilər. Lakin boşanmadan sonra onların çoxu sizin və yoldaşınız arasında seçim etməli olacaqlar ki, ikinizdən birinin tərəfini tutsunlar.
  3. Qohumlarla münasibətlər. Ailə qurarkən siz həyat yoldaşından başqa bir çox insanla yaxın qohumluq münasibətlərinə daxil olursunuz. Boşandıqdan sonra isə bu qohumlarla münasibət çoxlarını narahat edir. Bu halda sadəcə unutmayın ki, sizin keçmiş həyat yoldaşınızın qohumları təbii ki, daha çox onun tərəfində olacaq və ona haqq qazandıracaqlar nəinki sizə.
  4. Fərqli maraqlar. Ailə dağıldıqdan sonra hər bir patnyor öz şəxsi maraqlarına daha çox vaxt ayırır. Bu səbəbdən boşanma prosesindən sonra xoşagəlməz sürprizlərə qarşılaşmamaq üçün əmin olun ki, sizin bütün razılaşmalarınız sənədlərdə öz əksini tapıb (maliyyə məsələləri, uşaqlara aid məsələlər və s.).
  5. Psixoloq konsultasiyasından keçin. Ayrılma və boşanma vaxt insan (əsasən də qadınlar) ən yaxın qohumunun ölümü vaxtı olduğu kimi stress keçirirlər. Bu həqiqətən də istənilən qadın üçün çox ağır bir dövrdür. Bu halda psixoloq sizə sarsıntının öhdəsindən gəlməyə və güclərinizi toplamağa kömək edəcək.
  6. Bir müddət ciddi münasibətlərdən çəkinin. Siz yalqızlıq qorxutsa da çalışın ciddi münasibətlərdən çəkinin. Boşanmadan sonra hər kəsin psixi durumu bir az gərginləşir və bu səbəbdən bir az sakitləşib rahatlanmaq, sonra isə hansısa bir münasibət haqqında düşünmək olar.
  7. Boşanma işləri ilə məşğul ola biləcək hüquqşünas tapın. Bu tip hüquqşunaslarla yalnız işgüzar razılaşmalar çərçivəsində qalın: vaxtında ona bütün lazımlı məlumatları çatdırın, onun məsləhətlərini izləyin, amma onu sonsuz şikayətlərlə yükləməyin.
  8. Bütün maliyyə məsələlərini bağlayın. Ailə həyatı boyunca sizin ola bilər ki, yalnız övladlarınız deyil, həm də birgə qazanılmış əmlakınız, hesablarınız, borclarınız və s. maliyyə işləriniz olsun. Bu səbəbdən maliyyə məsələlərini həll etmək üçün hər ikiniz bir az vaxt tapıb birgə səy göstərsəniz yaxşı olar.
  9. Özünüzə məşğuliyyət tapın. Ailə həyatına, işə və məişətə başı qarışan qadın çox nadir hallarda özünə vaxt ayırır. Lakin boşandıqdan sonra artıq o bütün ailə məsuliyyətindən azad olur və bu səbəbdən çoxdan arzu etdiyi bir iş ilə məşğul olmağa vaxt tapır.
  10. Vaxt keçdikdən sonra siz özünüzü daha yaxşı hiss edəcəksiniz. Boşanma prosesi zamanı hər bir kəs o qədər stress keçirir və gərginlik yaşayır ki, bəzən bu problemlərin sonu olduğuna inanmır. Lakin vaxt keçdikcə insan çox şeyi unudur və birgə ailə həyatı yaşadığı insanı yalnız xoş xatirələrdə yada salmağa başlayır.

Ümid edirik ki, bu məsləhətlər sizə heç vaxt lazım olmayacaq və siz daim xoşbəxt ailə münasibətlərində olacaqsınız.

loading...
Şərh yaz