Boşanmaların əsas səbəbləri

loading...

Boşanmaların faizi bütün dünyada davamlı şəkildə artır və bu da cəmiyyətin çox əsirlik mənəvi dəyərlərini pozur.
Boşanmaların əsas səbəblərini müəyyən etmək üçün tədqiqatçılar bütün dünyada minlərlə boşanmış insanı dindirərək sorğu keçirdilər.

Minlərlə cütlüyün arasında keçirilmiş tədqiqatlar boşanmalara aparan ailə münaqişələrinin əsas səbəbini aydınlaşdırmağa kömək edib. Sorğunun nəticəsi göstərdi ki, ailə həyatının “düşmənlərinin” arasında birinci yerdə qısqanclıq durur. Qısqanclıq boşanmaların ən əsas səbəbi sayılır ki, yüz ailədən 75 ailə məhz qısqanclıq səbəbindən dağılır.

Maraqlısı ondadır ki, belə tendensiya yalnız rəsmi münasibətlərdə olan cütlüklərə aiddir. Rəsmi nikah düyünlərindən azad cütlüklərdə qısqanclıq üstündə daha az problemlər yaranır.

Məlum oldu ki, partnyorun sədaqətinə şübhə ər-arvad arasında həm emosional harmoniyanı dağıdır, həm də onların cinsi həyatına mənfi təsir edir. Bu səbəbdən həm kişilərin, həm də qadınların cinsi meylliliyi aşağı enir. Hərçənd ki, kişilər və qadınlarda xəyanətin təsviri müxtəlif olur. Kişilər daha çox partnyorun fiziki xəyanətinə görə əzab çəkirlər (hətta başqa kişi ilə edilən rəqs onları qıcıqlandırır). Qadınlar isə əsasən emosional xəyanətə görə əziyyət çəkirlər (məsələn: kişiyə başqa qadınla ünsiyyət saxlamaq daha maraqlı olduğu vaxt).

Əgər qısqanclıqla hər şey qaydasındadırsa, bu zaman boşanmanın səbəbi kimi psixoloqların belə adlandırdığı “kritik beşlik” çıxış edir. Bu ən güclü münaqişələrə səbəb olan bənddir. Beləliklə, bu partnyorların prinsipial baxışları ilə razılığı olan məsələlərdir ki, onlar bu baxışları daim müdafiə edəcəklər.

Bura aiddir:

  • hər iki partnyorun nizam və təmizlik meyarlarının eyni olması;
  • onlar ədəbiyyatda, musiqidə, kinoda və teleproqramlarda oxşar zövqə malikdirlər;
  • onlar eyni yeməkləri sevirlər;
  • onlar ev heyvanlarına qarşı bir-birlərinin fikirini dəstəkləyirlər;
  • hər ikisi erotik filmləri qəbul edir (və ya qəbul etmir).

Demək olar ki, bu boşanmaların əsas səbəblərindən bəziləridir. Psixoloqların fikrincə əgər ər və arvadın beş sadalanan mövqedən heç olmasa ikisi bir-birinə zidd gəlirsə, bu zaman uzun müddətli ailə həyatı yaşamaq şansı bu cütlüklər üçün praktiki olaraq yoxdur.

loading...
Şərh yaz