Boyadan yanan saçlar üçün maskalar

loading...

Boyadan yanan saçlar zamanla canlılığını itirərək daha pis görünüş qazanır. Korlanmış saçların daha baxımlı görünməsi üçün maskalar təqdim edirik.

Maska -1.

  • 4 yemək qaşığı jojoba yağı
  • 2 çay qaşığı bibəriyə yağı
  • 1 çay qaşığı ətirşah çiçəyi yağı

Bunları qarışdırıb nəmli saçlarınıza masaj edərək tətbiq edin. 15 dəqiqə saxlayıb şampunla yuyun.

Maska – 2.

  • 1 ədəd yumurta
  • 2 çay qaşığı ərik yağı
  • 5 yemək qaşığı Hindistan qozu yağı

İlk əvvəl yumurtanı yaxşıca çırpın, sonra qalan ərzaqları içinə qatın. Uclarına daha çox vuraraq bütün saçınıza yeridin. 20 dəqiqə saxladıqdan sonra saçınızı şampunla yuyun.

Maska – 3.

  • 1 ədəd banan
  • 1 yemək qaşığı bal

Püre halına gələn bananın içinə bal əlavə edin. 20 dəqiqə saxladıqdan sonra saçlarınızı ilıq su ilə durulayın və şampunla yuyun.

Maskaları həftədə 2-3 dəfə edin.

//aile.lent.az

loading...
Şərh yaz