loading...

Saç boyasına çox məruz qaldığınız zamanlarda saçlarınız köhnəlməyə başlayır. Bu köhnəlməni qırılmalar və sonra saçın yanması izləyir. Saçınızın yanması, qırıqların saç diblərindən uclarına qədər bütün hissələrdə olması, saçınıza toxunduğunuzda mənfi hissələrə qapılmanıza gətirib çıxarır. Xüsusilə boyalı, isidiciyə çox məruz qalan davamlı fen çəkilən saçlarda bunun yaşanması daha çoxdur.

Saça tez-tez xaricdən müdaxilənin olması isidilməsi və bir anda təkrar soyudulması saçın bir müddət sonra yorulmasına səbəb olur. Saçın yolrulması yanmasından bir az əvvəlki mərhələdir. Bu mərhələdə saç artıq vermək istədiyiniz şəkli almayacaqdır, quruma mərhələsində tez qabaracaq və xaricdən xoş bir görüntü bəxş etməyəcəkdir. Saçın yanması bir anda olduğundan daha əvvəldən qarşısını almaq təəssüf ki, mümkün olmayacaqdır. Salonda və ya evdə edəcəyiniz səhvlik bir ton tünd boya və ya daha çox isinmiş saç bir anmda yana bilər. Saçın xilas olmasına yönələcək işlər bu mərhələdən sonra başlayır.

Jojoba yağı maskası

Ləvazimatlar:

4 yemək qaşığı jojoba yağı

2 çay qaşığı rozmarin (bibəriyə) yağı

1 çay qaşığı ıtır çiçəyi yağı

Hazırlanması

Bütün ləvazimatları qaşığın köməyi ilə yaxşıca qarışdırın. Hazırladığınız qarışığı nəmli haldakı saçlarınıza masaj edərək tətbiq edin. 15 dəqiqə saçınızda gözləyin və şampun ilə yuyun.

Yumurta maskası

Ləvazimatlar:

1 ədəd yumurta

2 çay qaşığı ərik yağı

5 yemək qaşığı Hindqozu yağı

Hazırlanması

 

Əvvəl yumurtanı yaxşıca qarışdırın, daha sonra qalan ləvazimatları yumurtaya edərək yenə yaxşıca qarışdırın. Hazırladığınız qarışığı saç uclarına daha çox üstünlük verərək bütün saçınıza sürtün. Saç diblərinizə masaj edərək sürtdüyünüz qarışığı 20 dəqiqə saçlarınızda gözlədin və saçınızı şampunla yuyun.

Banan maskası

Ləvazimatlar:

1 ədəd banan

1 xörək qaşığı bal

Hazırlanması

Püre halına gətirdiyiniz bananın içinə bal əlavə edin və yaxşıca qarışdırın. Əldə etdiyiniz qarışığı saçlarınıza bərabər şəkildə sürtün. 20 dəqiqə gözlədikdən sonra saçlarınızı ilıq su ilə yaxalayın və şampunla yuyun.

Qeyd: Maskaları həftədə 2-3 dəfə tətbiq edə bilərsiniz.

 

loading...
Şərh yaz