loading...

ABŞ-ın Missisipi ştatında yaşayan 29 yaşlı Tess Holideyin arzuları çin olub. Dünyanın ən məşhur model agentliklərindən olan “MiLK Model Management” Tesslə əməkdaşlıq müqaviləsi imzalayıb.

Tess Holidey indi model biznesində ən böyük ölçülü, çəkili xanımdır.

“Model olmağı həmişə arzulamışam. Amma balacaboy, köç olduğumu gözəl bildiyimdən bu arzumun nə zamansa reallaşacağına ümidim azdı. Fəqət, arzum gerçəkləşdi. Çox bəxtəvərəm”, – Lorel şəhərinin doğulmuş, 9 yaşlı oğul anası olan Tess Holidey söyləyib.
O, uğuruna əri Nikin də çox sevindiyini söyləyib.

“Hələ yeniyetmə olanda Atlantaya model olmaq üçün yollanmışdım. Boyumun balaca, çəkimin də izafi olduğunu deyib qəbul etmədilər. İndisə artıq modeləm. Aktiv həyat tərzim var. Sutkada ən azı 12 saat işləyirəm, gəzirəm”, – Tess söyləyib.

Agentliyin menecerləri isə bildiriblər ki, Tesslə müqavilə imzalamalarının bir səbəbi də bu xanımın sosial şəbəkələrdə populyar olmasıdır. Belə ki, Tessin sadəcə İnstagram-dakı profilinin 311 mindən artıq daimi təqibçisi var.

image

image

loading...
SHARE
Şərh yaz