loading...

“Bu il Azərbaycanı “Eurovision”da Elnur Hüseynovun təmsil edəcək. Bu rəsmi qərardır”

Bu sözləri “Gün üzü” verilişinə qonaq olan müğənni Nura Suri deyib. O, bildirib ki, bu, dəqiq məlumatdır: “Xəbəriniz olsun ki, bu il Azərbaycanı “Eurovision”da Elnur təmsil edəcək. Ona görə “qədrini bilmədik” kimi sözlər deyilməsin, qədrini bilirik. Dəqiq məlumatdır. Bu il Elnur həmin müsabiqədə tək olacaq. Rəsmi olaraq maraqlana bilərsiniz. Bir ara təkzib olunmuşdu, sonra yenə də təsdiqlənib”.

Qeyd edək ki, E.Hüseynov Azərbaycanı eyni adlı mahnı müsabiqəsində 2008-ci ildə həmkarı Samir Cavadzadə ilə birgə təmsil etmişdi.

loading...
SHARE
Şərh yaz