Bu ilin dodaq rəngləri

loading...

Bənövşəyi

Bənövşəyi dodaqlar sizə çox cəlbedici görünə bilər. Lakin bənövşəyi boyanmış dodaqlarla hər kəsin diqqəti sizdə olacaq. İsti havada açıq cins və qısaqol köynəyi bu rənglə birləşdirin.

Narıncı

Yazın ən canlı rənglərindən biri də narıncıdır. Dodaqlarınıza yazı gətirmək istəyirsinizsə, narıncıya müraciət edin. Açıq dərili xanımlara bu rəng çox yaraşacaq. Eyni zamanda qaralmış dərilərə də çox yaraşır.

Alov qırmızı

Dəbdən düşməyən pomada varsa, o da alov qırmızısıdır. Qadınları daha cazibədar göstərən bu rəngi artıq gündüzlərdə istifadə edə bilərsiniz. Günzdüz çox sadə bir geyimlə qırmızı pomada əla qalır.

Açıq çəhrayı

Diqqət çəkici rənglər sizə görə deyilsə, açıq rənglərə müraciət edin. Yumşaq tonlar həm təbiiliyinizi qoruycaq, həm də üzünüzə rəng qatacaq. Gündüz makiyajı üçün olduqca əlverişli pomadalardır.

Gilas rəngli

Tünd gilas rəngli pomadalar bu il çox dəbdədir. Cəlbedici və təhlükəli imic yaradan bu rəng gecə mərasimləri üçün uyğundur.

 

lent.az

loading...