loading...

Toy günündən bir gün əvvəl mükəmməl saç və makiyajı tapmaq üçün internetdəki axtarış saytlarına girmədiyinin açar söz qalmadığını bilirik. Ən gözəl gəlin saçı, ən gözəl gəlin makiyajı, ən gözəl gəlin topuzu, ən gözəl gəlin tacı deyərkən günlər və gecələr həqiqətən ən gözəlini tapmaq üçün vaxt sərf edilir.

Bu günə qədər həmişə gözəl nümunələr vermiş olsaq da, bu dəfə çox təəssüf ki, sizə ilham verə biləcək görünüşlərlə qarşınıza çıxmayacağıq.

Uzaq durmağınız lazım olan səhvlər və ilham alınmaması lazım olan məşhur gəlinlər!

Victoriya Beckhamın olmayan makiyajı

Victoriya Beckhamın stili indiki dövrdə olduqca təqdirəlayiq görünsə də, təbii ki bu hər zaman belə deyildir. Qəbul edək ki, o da uşaq olub və bəzi səhvlər edib. Bəlkə də indi toy gününə geri dönsə nə o saçı, nə də o “varla yox arası” makiyajı etdirərdi.

Viktoriyanın o cizgi filmlərdəki miniatür taclara bənzəyən tacına və hər bir tutamı başqa yerə tökülən saçlarıyla əlaqədar söyləyəcəyimiz çox şey var əslində, amma indi əvvəlcə makiyajına fikir verək. Düzdür, sadəlik tərəfdarıyıq, bəli şişirtmədən uzaq durulmasını tövsiyə edirik, amma bu qədərinə də stop deyirik. Kaş Viktoriya kiçik toxunuşlarla gözlərini bir az kölgələndirsəydi, ya da məsələn; kirpiklərinə az həcm versəydi. Kaş ki, təkcə parladıcını sürtüb özünü Davidin qollarına atmaq olmasaydı.

viktoriya

Selin Dionun şişirdilmiş tacı

Əvvəllər gəlinlərin saçlarına taxdığı, ya da əllərindəki çiçəklərə tutuşdurduğu gəlin teli vardı. İndiki gəlinlərin çox seçdiyi bir aksesuar olmasa da, düşünürük ki, gözəl idi və saça bir az parıltı əlavə etmək üçün birə-birdi. İndi dərhal saçına “birazca” parıltı əlavə etmək istəyən, amma bu mövzuda bir xeyli müvəffəqiyyətsiz olan bir nümunə görək. Çox sevdiyimiz, mükəmməl səsə malik Selin Dion parıltı və tac hadisəsini şişirdərək təəssüf ki, ən bəyənmədiyimiz məşhur gəlinlər siyahısına girdi. Siz  isə tacınızın ölçüsünü və parıltısını şişirtməyin, gəlin olmaq yerinə tovuz quşu kimi görünməyin.

celine-dion-gelin-dugun

Britney Spearsin yağlı saçları

Ruhi baxımdan pis günlər keçirdiyi əsnada acısını saçlarından çıxararaq bir az kəsdirən Britney uzun müddət saxta olduğu 3 km uzaqdan aydın olan qaynaqlarla gəzmişdi.

Gelin saçında açıq saçlara qarşı deyilik, amma bu qədər də yola vermilmiş kimi çıxan bir saçla evlənəcək bir gəlin namizədi daha olduğunu düşünmək istəmirik.

britni

Pamela Andersonun qaşları

Düşməninizin belə başına gəlməsini istəməyəcəyiniz bir faciə ilə qarşı-qarşıyayıq. Xeyr, Pamela Andersonun gəlinliyinin bir bikini olmasından bəhs etmirik. “Sahil Təhlükəsizlik” kraliçasın bu yaraşır deyir, o detaldan dərhal yan keçirik. Bizi ən çox üzən Pamelanın maqqaşın qurbanı olmuş və açıq qəhvəyi qələmlə boyanmış qaşlarıdır. Belə bir faciə ilə qarşılaşmaq istəmirsinizsə, toy gününüzdən 3 həftə əvvəl qaşlarınızı aldırın və bir də aldırmaq üçün son günə qədər gözləyin. ///Sevil

pamela-anderson-dugun-glr

loading...
Şərh yaz