Bu “pornoqrafik” klipə görə telekanal cərimələndi

loading...

“Power Türk” kanalı Gülşənin bir neçə il bundan əvvəl çəkilmiş klipini yenidən yayımlayıb.

Sondakika.com-un məlumatına əsasən, RTÜRK “Sarışınım” klipini “pornoqrafik” adlandıraraq kanalı cərimələyib. Quruma edilən şikayətlər nəticəsində hesabat hazırlanıb, TV və media nümayəndələrinə göndərilib.

Hesabatda klipdə yarıçılpaq və çılpaq səhnələrn, pornoqrafik hərəkətlərin çox olması, ifaçının bədən nahiyyələrinin yaxından göstərilməsi, cinsəlliyin ön planda olması qeyd edilib.

Klipin uşaqlara psixoloji cəhətdən təsir etdiyini, onların əxlaqi tərbiyəsinə mənfi təsir göstərdiyi də əlavə olunub.

Cəzaya görə, kanalın reklam gəlirlərindən əldə etdiyi vəsaitin bir hissəsi RTÜRK-ün balansına keçirilməlidir.

 

loading...
SHARE
Şərh yaz