Bu qidalar dişlərdə ləkəyə səbəb olur

loading...

Diş sağlamlığınıza əhəmiyyət verir və dişlərinizin dümağ görünməsini istəyirsinizsə bu qidalara diqqət edin!

Diş ağartma əməliyyatının mütəxəssis həkimlər tərəfindən edilməsinin lazım olduğunu ifadə edən diş həkimləri, “tərkibindəki boya maddəsi sayəsində dişlər ağarmış kimi görünsə də, lakin məhsuldakı ləkə aradan qaldırıcı məhsullar, diş minasına və diş ətinə zərər verə bilər” deyir.

Diş ağartma əməliyyatı diş həkimlərin tərəfindən iki şəkildə tətbiq olunur.

  • Ev tipi ağartma əməliyyatında ağız ölçünüzə uyğun qəliblər hazırlanır. Bu qəlibin içinə bir dərman qoyularaq, ağardılacaq dişlərin üstünə yerləşdirilir və gündə ortalama 4-6 saat saxlamaq lazım gəlir. Əməliyyat ortalama 1 – 2 həftə davam edir.
  • Ofis tipi ağartma əməliyyatıdırsa lazer ya da fərqli işıq qaynaqları istifadə edilərək edilir və təxminən bir saat davam edir. Ağartma əməliyyatının ağız baxımına bağlı olaraq ildə bir dəfə yenidən tətbiq olunması lazım ola bilər.
Nələr ləkəyə səbəb olur
  • Soda və kolalı içkilər: Tərkibindəki turşu səbəbi ilə diş minasında ləkəyə səbəb olur.
  • Qırmızı və ağ şərab: Qırmızı şərab rəngi, ağ şərab isə turşu səbəbi ilə dişlərdə ləkəyə səbəb olur.
  • Qəhvə və çay: Tərkibindəki kafenin və təbii rəngləndiricilər səbəbi ilə dişlərdə ləkə buraxırlar.
  • Meyvə suları: Kök suyu və vişnə suyu kimi qidalar da diş ləkələrinə səbəb olur.
  • Hazır qidalar: Enerji içkiləri və hazır qidalarda olan qida boyaları da ləkə meydana gəlməsini sürətləndirir.
loading...
Şərh yaz