loading...

Rənglərin insanın davranışına və psixologiyasına əhəmiyyətli ölçüdə təsir etdiyini dilə gətirən diyetoloq Sona Hacıyevanın qeydlərini sizə təqdim edirik.

Kökəlmək istəyənlər, diqqət!

Mavinin ən populyar rənglərdən biri olmasına baxmayaraq, qidalarla bağlı mövzularda mavi istifadə edərkən diqqətli olmaq lazımdır. Çünki mavi rəng  iştah kəsicidir və bəzi hallarda əks təsir göstərdiyindən kökəlmək istəyənlərin mavi rəngdən uzaq durmaları gərəkdir. Çəki problemi olanların evlərini mavi rəngdə boyamaları onların arıqlamalarına səbəb ola bilər. Bu səbəbdən kilo problemi olanların, xüsusilə də, yemək otaqlarını və mətbəxlərini mavi rəngdə rəngləmələri lazımdır.

mavi

Arıqlamaq istəyirsinizsə, mətbəxinizdə mavi rəngdən istifadə edin.

Hətta qazan, tava, yemək masası, stol süfrəsi kimi mətbəx vəsaitlərinin belə mavi rəngdə seçilməsi arıqlamaq üçün əsas amillərdən ola bilər. Eyni şəkildə müştərilərinin daha çox yemək yeməsini arzu edən restoran sahibləri isə mavi rəngdən qaçmalıdır.

reng

Digər tərəfdən kökəlmək istəyən arıq şəxslərə həyatlarının hər nöqtəsində mavidən uzaq dayanmalarını tövsiyə edirik. ///Sevil

 

loading...
SHARE
Şərh yaz