loading...

Bəzən xanımları zərif adlandırsalar da çox təhlükəli varlıqlar da hesab edirlər. Bəli, necə deyərlər “canımız yanmasın” biz xanımlar, beləyik Xanım.net bu dəfə sizlərə xanımlarımızın ən təhlükəli sözlərini bir araya toplayıb. Həmin sözlərdən ən çox istifadə olunanları təqdim edirik:

  • “Yaxşı, sən deyəndi!” Bu ifadəni qadınlar, adətən, mübahisəni bitirmək üçün və sizin susmağınızı istədikləri üçün deyirlər.
  • “Cəmi 5 dəqiqə”. Bu ifadəni qadınların dilində müxtəlif zamanlarda eşidə bilərsiniz. Cəmi iki nümünə ilə sizə izah etməyə çalışaq. Qadın harasa getmək üçün hazırlaşmamışdan əvvəl sizə “cəmi 5 dəqiqə” dedisə, demək ən azı yarım saat gözləməli olacaqsınız. Yox əgər xanımınızın sevimli filmində anons verildisə və bu an sizə futbola çevirmək üçün “cəmi 5 dəqiqəlik” fürsət verdisə, inanın mənə bu elə tam-tamına beş dəqiqə çəkəcək.
  • “Heç nə olmayıb”. Baş verəcək tufandan öncəki sözlərdir. Ona görə diqqətli olun. Adətən, qadınların mübahisəsi “heç nə olmayıb”dan başlayır, “yaxşı, sən deyəndi” sözü ilə bitir.
  • “Hə-ə davam elə”. Qadın bu kəlməni deyirsə, o demək deyil ki, sizə mübahisənizə davam etməyinizə icazə verir. Xeyir. Əslində çox qəzəbli olduğundandır. Belə ifadəni eşitsəniz, mübahisəni bitirin və bir kəlmə də deməyin.
  • Ağır, dərindən nəfəs aldı. Qadınların dərindən nəfəs ötürməsi kişilər tərəfindən çox zaman düzgün başa düşülmür. Əgər mübahisədən sonra qadın dərindən nəfəs alırsa, o deməkdir ki, sizə sərf etdiyi dəyərli zamanına heyifslənir.
  • “Hər şey əladır”. Bu, kişinin qadından eşidə biləcəyi ən təhlükəli ifadədir.“Hər şey əladır” deyən qadın əslində düşünmək və sizi dediyiniz sözlərə peşman etmək üçün fasilə götürdüyünü ifadə edir.
  • “Çox sağ ol”. Qadın əgər bu kəlməni dedisə, qarşılığında nə üçün çox sağol dediyini soruşmayın. Yoxsa axmaq vəziyyətə düşərsiniz. Əvəzində sadəcə “dəyməz” deyin. Yox əgər qadın cazibə ilə, sarkazm ilə sizə “çox sağ ol” deyirsə, əvəzində “nə etdim ki,” deyərək isti auraya rəng qata bilərsiniz.
  • “Vacib deyil”. Qadından bu ifadəni eşitdinizsə, demək, sizi dünyanın ən ucqar nöqtəsinə “sürgün” edir.
  • “Narahat olma, özüm edərəm”– daha bir təhlükəli ifadə. Kişi dəfələrlə xahiş edilmiş işləri görmürsə, (məsələn: zibil atmaq, ütünü təmir etmək, kitabı gətirmək və s.) o zaman qadınından “narahat olma, özüm edərəm.” kəlməsini eşidəcəklər. Bu heç də xoş hal deyil. Çünki qadın qəzəbli və əsəbi olacaqdır.
loading...
Şərh yaz