loading...

İsti içkilər və qidalar diş ağrısı üçün ziyanlıdır. Belə ki, qidaların və içkilərin isti halda qəbulundan diş emalı xarab olur – onun üzərində mikroçatlar əmələ gəlir ki, bu çatlar vaxt keçdikcə dişin dağılmasına səbəb olur.

Çox isti qida və içkilər həmçinin ağız boşluğunun selikli qişalarına da mənfi təsir edir, yuxarı tənəffüs orqanlarının fəaliyyətini pozur. Bu səbəbdən isti qidaları və içkiləri sevən insanları tez-tez xroniki tonzillit, öskürək, boğazda göynəmə narahat edir.

Selikli qişalar (ağız boşluğunda, mədə-bağırsaq sistemində, cinsiyyət sistemində) orqanizmdə müdafiə funksiyanı yerinə yetirir. Ağız boşluğunun selikli qişaları bura havadan düşən mikrob və infeksiyaları zərərsizləşdirir. Ağız boşluğunun selikli qişalarının daim yanması nəticəsində yerli immunitet zəifləyir, infeksiya və mikrobların hücumunu lazım olan səviyyədə dəf edə bilmir. Bu isə tənəffüs yolları xəstəliklərinin sayını artırır.

Beləliklə, isti qida və isti içkilərin qəbulu çox ziyanlıdır. Bu səbəbdən onları ilıq vəziyyətdə qəbul etmək lazımdır. Bunun üçün çay və qida dodaqları yandırmamalıdır.

loading...
Şərh yaz