loading...

Bürclərin hər birinin yaxşı və özünəməxsus xüsusiyyəti olduğu kimi dözülməz və vasvası cəhətləri də var. Bürclərin vasvası olduğu və həyat fəlsəfəsinə aid bəzi məqamları təqdim edirik:

Qoç bürcü: Məqsədinə çatmaq istəyəndə əgər müvəffəqiyyətsiz olsalar, bunu təkrar sınayacaqlar.

Buğa bürcü: Pul mövzusunda çox ehtiraslıdır.

Əkizlər bürcü: Texnologiya həyatlarının imtina edilməzidir.

Xərçəng bürcü: Onu sevdiyinizi söyləyin. Bu, onun üçün hər şeydən əhəmiyyətlidir.

Şir bürcü: Ayna-ayna söylə mənə, varmı bu dünyada məndən daha gözəli… Güzgü onların yaralı yeridir.

Qız bürcü: Əgər ortaya bir fikir irəli sürmüsünüzsə, mütləq onu sübut edin yoxsa, Qız bürcünün hörmətini qazana bilməzsiniz.

Tərəzi bürcü: Əsl güc gözəllik və şirin bir təbəssümdədir.

Əqrəb bürcü: Ona etdiyin səhvi əsla unutmaz. Mütləq intiqam alacaq.

Oxatan bürcü: Mən heç kəsə bağlana bilmərəm, amma başqalarının mənə bağlanmasını istəyirəm.

Oğlaq bürcü: Doğruya çatmaq üçün bəzən iradəli olmaq lazımdır.

Dolça bürcü: Dəyişikliyə uyğunlaşa bilsən, hər şeyi dəyişdirə bilərsən.

Balıqlar bürcü: Həddindən artıq romantik və həssas olduqlarına görə bütün dedi-qodulara canları sıxılar.

loading...
SHARE
Şərh yaz