loading...

Astrologiya məsləhətçimiz  bürclərə uyğun dekorasiya təkliflərini Xanım.Net oxucuları üçün izah edir. Dekorasiyanızda dəyişiklik etməzdən əvvəl bu yazımızı mütləq oxuyun.

Bu da bürclərə uyğun dekorasiya təklifləri…

Qoç

Enerjili, canlı, aktiv və tez hərəkətə keçən kəslərdir. Hər şey əl altında olmalı və axtarmaq üçün zaman xərcləməməlidirlər. Yenilikləri sevir və rahatlıqlarına düşkündürlər. Tünddən açığa qırmızının bütün tonlarını aksessuar olaraq və ya ev dekorasiyasında istifadə etmələrini təklif edirik.

Buğa

Seçilən  bir zövqə sahibdirlər, möhkəm və uzun ömürlü olanı seçirlər. Rahatlıqlarına olduqca fikir verirlər, vərdişlərinə bağlılar. Torpaq rəngi başda olmaqla, zümrüd yaşılı və bütün pastel tonlarını dekorasiyada təklif edirik.

Əkizlər

Gənc ruhlu və hər vaxt gənc qalmağı bilən Əkizlər üçün mavi, sarı başda olmaq üzrə bütün rənglərin əhəmiyyəti var. Yetər ki məkanı canlandırsın.

Xərçəng

Bacarıqlı Xərçənglər üçün ev həyatı hər şeydən əvvəl gəlir. Hissiyatlı, həssas, təhlükəsizliyinə qiymət verən Xərçənglər, keçmişi xatırladan fotoşəkil və suvenirlərə dekorasiya da yer verirlər. Gümüş, soft mavi, ağ rəngləri dekorasiyada təklif edirik.

Şir

Yaradıcı, isti və hər şeyin mərkəzində iştirak etmək istəyən Şirlərin diqqəti çəkmə arzuları dekorasiyada da önə çıxır. Qızıl rəngi, narıncı, tünd sarı, qırmızı rəngi dekorasiyada təklif edirik.

Qız

Tərtibli, hər şeyi bəyənməyən, təvazökar və çalışqan Qızlar üçün dekorasiyada da istifadə edilən vəsaitin sağlam olması əhəmiyyətlidir. Kəskin dəbdəbəni xoşlamırlar. Əl işləri, həsirləri, soft yaşıl, tutqun sarı, bozun tonlarını, açıq ton maviləri dekorasiyada təklif edirik.

Tərəzi

Veneranın seçmə insanları rəng və keyfiyyət zövqləriylə dekorasiyada da fərqlərini ortaya qoyurlar. Uyğun, nəzakətli Tərəzilərə açıq mavinin hüzur vericiliyi, çəhrayının məsumiyyəti və sarının sevimliliyi bir xeyli yaraşır. Bizim də təklifimiz bu rənglərdir.

Əqrəb

Özlərini ələ verməkdən xoşlanmayan Əqrəblər, dayanıqlı məhsulları seçirlər. Onlar da çox asan bir şeyi bəyənmirlər. Araşdırmamış bir məhsula pul verməzlər. Dekorasiyada onlara tövsiyəmiz, tünd bənövşəyi və qırmızı, tünd yaşıl, göy, qara-ağ rəngdə kreslolar və aksessuarlardır.

Oxatan

Səyyah, aktiv, canlı, şən Oxatanlar çox evdə oturmağı sevmirlər. Ümumiyyətlə xarici məkanlar və fərqli yerlər kəşf etməkdən zövq alırlar. Dekorasiyada onlara tövsiyəmiz, bənövşəyi, açıq yasəmən və fərqli tonda mavilərdir. Bir də metallik qırmızı, enerjilərini bir qat daha artıracaq.

Oğlaq

Oğlaqlar, dəbdən tez düşən məhsullara pul xərcləməzlər. Möhkəmlik ölçüləri və prinsip sahibi olmaları dekorasiya seçimlərində də ön plandadır. Uzun illər istifadə edə biləcəkləri əşyaları seçirlər. Dekorasiyada onlara tövsiyəmiz qara və ya qızıl qəhvəyi, tünd boz, solmuş yarpaq rəngidir.

Dolça

Bürclər qurşağının azad, qeyri-adi və fərqli xüsusiyyətləriylə önə çıxan Dolçalar üçün dəyişmə hər vaxt canlandırıcıdır. Dekorasiyada da bu dünyagörüşü ön plandadır. Heç kimin ağılına gəlməyəcək yenilikləri tətbiq edib heyranlıq oyatmağı bacarırlar. Dekorasiyada onlara tövsiyəmiz işıltılı mavilər, tünd göy rənglərdir.

Balıq

Sərhədsiz dərinliyin güclü insanları Balıqlar, elə təsir edici bir daxili işıqlanmağa sahibdirlər ki, bu güclü ruh halı olduqları mühitə də əks olunur. Dekorasiyada mavi, firuzəyi, buz rəngi, dəniz mavisi, solğun ağ, hətta mərcan rəngini də tövsiyə edirik.

loading...
Şərh yaz