Çatlayan dəri üçün maskalar

loading...

Əgər, dəriniz çatlayırsa və nə edəcəyinizi bilmirsinizsə məqaləmizdəki maska təriflərindən istədiyinizi təcrübə edərək çatlaqları yox edə bilərsiniz.

Çatlaqları aradan qaldırmaq üçün maskalar…

Çatlaqlar ümumiyyətlə orqanizmdə çatışmayan su istehlakından qaynaqlanır. Gündə 2 litr su istehlak etməyə laqeyd yanaşmayın. Soyuq havalarda isə nəmləndirici krem və ya yağlardan istifadə edərək dərinizin qeydinə qalın. Xüsusilə duşdan sonra dərinizi özünüz qurulayın, suyun öz özünə qurumasına icazə verməyin.

Maska tərifi

Bir miqdar susam yağı və bal mumu zəif odda qarışdıraraq isidin. Daha sonra çatlaq bölgələrə krem şəklində tədbiq edin.

Çatların üçün – soda 

Dabanlar üçün bu vanna kursu 6-10 prosedurdan ibarətdir. Həftədə 2-3 dəfə təzə yaranan çatlar zamanı istifadə etmək tövsiyə olunur.

1 xörək qaşığı içməli sodanın üzərinə 3 litr isti su əlavə edin. Ayaqlarınızı həmin suya salın, 20 dəqiqə saxladıqdan sonra dabanlarınızı nəmləndirici kremlə masaj edin.

1 xörək qaşığı həmişəbahar güllərinin (cır qızılgül növü) üzərinə 1 litr qaynar su əlavə edin. 20 dəqiqə ayaqlarınızı həmin vannada saxlayın, daha sonra yaxşıca silin. Ayaqlarınıza qidalandırıcı yağ və ya nəmləndirici krem sürtün.

Çatlara qarşı gicitkən

4 xörək qaşığı gicitkənin xırdalanmış yarpaqlarının üzərinə 2 litr  qaynar su əlavə edin.

Ayaqlarınızı gicitkən məhlulunda 15 dəqiqə saxlayın, sonra qupquru qurulayın, kremlə və yağla masaj edin.

Çatlar üçün kələm resepti

2 həftə ərzində təzə kələm yarpaqlarını çatlar üzərinə qoyun. Səhərlər isə nəmləndirici  kremdən istifadə edin.

Çatlaqları aradan qaldırmaq üçün bitki mənşəli maska

İki ədəd yumurta ağıyla bir çay qaşığı kristal duzu bir qabın içində konsistensiya alınana qədər qarışdırın.Hazırladığınız bu qarışığı çatlaq yerlərə sürtün.

Çatlaq müalicəsi üçün təbii maska tərifi

Hərəsindən eyni miqdarda kök yağı, ərik yağı, kökəotu yağı, badam yağı, təmiz zeytun yağı, kətan yağı, kakao yağı və qliserin yağı götürərək qarışdırın. Çatlaq və quru bölgələrə masaj edərək sürtə bilərsiniz.

Hamiləlikdə dəri çatlaqlarına qarşı yağlar

Bəhs etdəcəyim bitki mənşəli yağlar, dərinizdə meydana gələcək çatlaqların şiddətini, sayını və dərinliyini azaltmaqda faydalı olacaq. Hansı yağı tapsanız, asan olan yağları tətbiq edə bilərsiniz.

Badam yağı, zeytun yağı və çörəkotu yağını eyni miqdarda götürərək qarışdırıb tətbiq edə bilərsiniz

Kakao yağı, qliserin yağı, kətan yağını eyni nisbətlərdə götürərək qarışdırıb tətbiq edə bilərsiniz.

Kantaron yağı, ərik yağı, melisa yağını eyni nisbətlərdə götürərək qarışdırıb tətbiq edə bilərsiniz.

Çatlayan dabanlar üçün vanna və maskalar.

Çatlayan dəri üçün  kartof kraxmalı maskası 1 nömrəli xalq vasitədir. Bu vannanı ayaqlara yatmazdan qabaq 10-14 gün etmək tövsiyə olunur.

1 xörək qaşığı kartof kraxmalını 1 litr qaynar suya süzün, ayaqlarınızı 20-30 dəqiqə həmin vannada saxlayın, sonra qupquru qurudub yağlı kremlə dabanları masaj edin.

loading...
Şərh yaz