Cavanlıq və gözəllik üçün faydalı məsləhətlər

loading...

İpək kimi dəri

Bu prosedur dərini hamarlaşdırır və qırışları aradan qaldırır.

Beləliklə, əlləri adi sabunla bol-bol sabunlayın, bir az diş pastası sıxın, onu da sabun köpüyüylə qarışdırın və üz, boyun, dekolte və əl sahəsinə sürtün.

Üzünüzdə bərkiyənə kimi saxlayın. Bundan sonra soyuq su ilə yuyun.

Dərinizin ipək kimi olmasını dərhal hiss edecəksiniz. Vannadan sonra bədəninizi alma sirkəsi ilə qarışdırılmış  su ilə yaxalamaq lazımdır.

Yumurta” suyuyla yuyulma

Suya əlavə edilmiş yumurta ilə üzü yuduqda dəri hamar və gözəl olur. Onu qırışlardan, sızanaqlardan və angvillərdən (sızanaqlardan) təmizləyir.

Arzu edilməyən tüklər

Sidr fındıqların qabığından hazırlanmış həlim ilə problemli sahələrin müntəzəm olaraq  silinməsi sizi arzu edilməyən tüklərdən qurtaracaq.

Cavanlıq maskası

Bu maska qadınların üz dərisini yaxşılaşdırmağa və qırışlardan qurtulmağa kömək edəcək.

1 xörək qaşığı qaymaq, 1 yumurta sarısı və 1 çay qaşığı kök şirəsini yaxşıca qarışdırın. Qarışığı üz dərisinə sürtün və 20 dəqiqə saxlayın.

Bundan sonra ilıq bitki yağıyla maskanı üz dərisindən silin.

Çillərin qurtulmağın yolu

Əgər çillərdən qurtulmaq istəyirsinizsə 20 q xiyarın doğranmış toxumlarını 200 ml arağın içinə əlavə edin. 7 gün sonra tinkturanı 1:10 nisbətdə qaynanmış suda həll edin və bu losyonla üzünüzü silin.

Arıqlama üçün “darı südü”

Belə vasitənin müntəzəm qəbulu arıqlamağa imkan yaradır.

0,5 stəkan yuyulmuş darı yarmasını otaq temperaturunda qaynanmış su stəkanına tökün, 10-15 dəqiqə onu əlləriniz vasitəsi ilə əzin, o zamana qədər ki, süd kimi ağ olacaq və dərhal için.

Bu “süd” sistit vaxtı da kömək edir.

Səbr və əmək üzdə bığlar silinəcək.

Sizə naşatır spirti və 6%-li hidrogen peroksid lazım olacaq. Məhsulları aptekdən əldə etmək olar. 1 çay qaşığı peroksidi 5 damcı naşatır spirtində həll etmək və tüklərin kökünə sürtmək lazımdır.

Quruyana  qədər saxlayın,  sonra limon şirəsi əlavə edilmiş qaynadılmış su ilə yumaq lazımdır. Sürtdükdən sonra silmiyin. Özü quruyandan sonra uşaq kremi çəkin. Bu proseduru hər gün 2-3 dəfə təkrarlayın. Tüklər tədricən rəngini itirəcək, nazikləşəcək və sonra  heç bitməyəcəklər.

Amma nəticəyə nail olmaq üçün, tənbəllik etmək lazım deyil  bu prosedurları səbirlə, günbəgün yerinə yetirmək lazımdır.

Gözəllik vannası

Əziz xanımlar əgər siz bu vannanı həftədə bir dəfə qəbul etsəniz. Dəriniz ipək kimi qırışlarsız olacaq.

1 l südü yaxşıca qaynadın. 2-3 xörək qaşığı balı süddə həll edin və ona 2 xörək qaşığı zeytun, qarğıdalı və ya badam yağı əlavə edin. Ardından isti su ilə doldurulmuş vannaya hazırlanmış bu balzamı tökün. Uzanın və həzz alın.

loading...
Şərh yaz