loading...

Cennifer Lopezin Makiyaj Mütəxəssisi Meri Filips məşhur müğənninin gözəllik sirlərini açıqlayıb.

Meri Filips dəriyə tətbiq olunan makiyaj qədər dəri baxımının da çox əhəmiyyətli olduğunu vurğulayır.  O, qan axışını sürətləndirmək və şişkinliyi aradan qaldırmaq üçün üzün masaj olunmasını izah edir.

Nəmləndirici və ya tonalın dəriyə dərhal tətbiq olunmasının təhlükəli olduğunu bildirən Philips “Bu məhsulları ovcunuzda isitdikdən sonra sürtsəniz qatılığı sürətləndirmiş olarsınız. Müəyyən bir istiliyə çatdığında kosmetik məhsullar dəriyə daha tez hopur” deyə ifadə edib.

Filips Lopezin dərisinə tonal krem və ya nəmləndiricini çəkməzdən əvvəl məhsulları ovucunun içərisində yüngülcə istilədərək bədən temperaturuna gətirir və sonra dəriyə tətbiq edir.

Hamar dərisi və gözəlliyi ilə qadınların heyranı olduğu Cenniferin bu gözəlliyini əldə etmək üçün tətbiq etdiyi müəyyən üsullar var.

Sizin üçün cazibədar müğənninin gözəllik sirlərini araşdırdıq.

Hamar bir dəri

Tonalınızı krem şəklində olanlardan seçin. Fırça və ya süngər istifadə edərək əllərinizlə üzünüzə sürtün.

JLO-Bella-Naija

Cazibədar gözlər

Göz qapağı üçün istifadə etdiyiniz tonal kremin bir ton açığını seçin və hər tərəfinə yedirərək sürtün. Göz altına parlaqlıq vermək üçün bir-iki ton açıq gözaltı örtücüdən istifadə edin.

Göz qapağınıza açıq tonlarda parlaq bir kölgə seçin və gözlərinizin orta hissəsindən başlayaraq guşələrindən daha tünd olacaq makiyaj edin. Kölgəni gözünüzə çox sürtməyin və sonra yayın, beləliklə, həddindən artıq görüntü itəcək və yüngül bir kölgə gözünüzü cazibəli göstərəcək. İncə bir layner ilə göz makiyajınızı tamamlayın.

Kirpiklərinizi qıvırın və iki qat kirpik üçün tuşdan istifadə edin. Qaşlarınızı qaş fırçası ilə darayaraq forma verin.

Gümüşü və parlaq yanaqlar

Almacıq sümükləriniz üçün gümüşü və parlaq bir allıqdan istifadə edin. Ənlik üzünüzdə istifadə etdiyiniz tonaldan bir az daha tünd olsun, bu zaman üzünüz incə görünəcək.

Təbii rənglərdə bir pomada

Dodaqlarınızın xəttlərini dəri rənginə yaxın bir qələm ilə təyin edin və təbii rənglərdə bir pomadadan istifadə edin, sonra isə parıldadıcı sürtün. /// Sevil

 

 

 

loading...
SHARE
Şərh yaz