Çimərlik geyiminin düzgün seçimi

loading...

Hər bir xanım çimərlik kraliçası olmaq istəyir. Sizə bu məqsəd üçün bütün bədən üstünlüklərinizi vurğulayacaq düzgün çimərlik geyimi seçimi üzrə bəzi məsləhətləri təqdim edirik.

Bu gün ən dəbli markalar zamanla ayaqlaşmağa çalışır və trendlərə uyğun olan öz çimərlik geyimlərini buraxırlar. Bu səbəbdən hər bir modapərəst xanım praktiki olaraq əsl çimərlik qarderobu yığa bilər. Seçim zamanı əsas öz formanızın xüsusiyyətlərini xatırlamaqdır. Manekendə çox gözəl görünən hətta ən seksual çimərlik geyimi modeli yanlış seçim zamanı bədən nisbətlərini təhrif edə bilər.

Bikinibikini

Bu mövsüm parlaq və şirəli rənglər dəbdədir. Lakin bikini heç də hər kəsə uyğun gəlmir. Kiçik üçbucaq formalı büstqalteri olan bu geyimləri yalnız hündür dartılmış sinəsi olan xanımlar seçə bilərlər. Müxtəlif naxışlar, tikişdən büzmələr, büzmə haşiyələr və dekor yalnız arıq xanımlara uyğundur, çünki bu elementlər lazımlı yerlərdə həcm əlavə edir.

Tankinitankini

Bədənin hansısa bir hissəsini gizlətmək istəyən xanımlar üçün bu əla seçimdir. Əgər siz öz bədən formanızı normaya salıb qarnınızı dartdırmağa vaxt tapmamısınızsa, bu zaman qarını örtən tankini modelini seçin.

BandoBando

Geniş qayışları xatırladan bu çimərlik geyimləri də bu il dəbdədir. Bu tip geyim seçimi zamanı diqqətli olun: əgər sizin çiyinləriniz genişdirsə, belə geyim onları daha geniş göstərə və sizi üzgüçüyə çevirə bilər. Çox böyük sinəsi olan xanımlara da belə variant uyğun gəlməyəcək. Belə çimərlik geyimində siz öz üstünlüklərinizi vurğulamaqdansa, çatışmazlıqlarınızı vurğulamış olacaqsınız.

Bütöv çimərlik modelləributov-cimerlik-geyimi

Bu il torlu naxışları olan bitişik çimərlik geyimləri çox dəbdədir. Belə fason geyimlərə öz bədən formasını gilətmək istəyən xanımlar üstünlük verə bilərlər. Rəng və düzgün biçim seçimi sayəsində bütöv çimərlik geyimi vizual olaraq problemli zonalara düzəliş etməyə kömək edəcək.

Retro stilretro-cimerlik-geyimi

50-ci, 60-cı və 70-ci illərin noxud və ya zolaq naxışlı, yüksək beli və kəmərcikləri olan çimərlik geyim modelləri də çox dəbdədir. Belə çimərlik geyimində birincisi, qeyri-ideal qarını gizlətmək olur, ikincisi isə belə geyimlərdə hətta çox yüksək olmayan qızlar da uzunayaq görünürlər.

loading...
Şərh yaz