Çimərlikdə necə şəkil çəkdirmək lazımdır?

loading...

Yayın istisi bizə amansızcasına hücum edir ki, ondan xilas olmaq üçün insanlar çox vaxt çimərliyə üz tuturlar. Çimərlikdə bizi bir çox təhlükələr gözləyir: günəşdə yanmaq ehtimalı, sizin əşyalarınızı oğurlaya bilərlər, suda ayağınıza şüşə tikəsi bata bilər, ən əsası isə çimərlikdə çəkilmiş dəhşətli fotolar 🙂 Çünki Sizin uğursuz fotolarınız uzun müddət sizinlə qalacaq və siz hər zaman onlara baxdıqda özünüzə olan qiymət yavaş-yavaş aşağı düşəcək. Bundan qaçmaq üçün sizə çimərlikdə olarkən düzgün foto çəkməyiniz üçün bəzi məsləhətləri təqdim edirik.

  • Oturaraq şəkil çəkdirərkən çalışın belinizi bükməyəsiniz.oturarken
  • İri planda şəkil çəkdirərkən yarımdönüşdə dayanın və üzünüzü kameraya çevirin, çənənizi azca qaldırın, əllərinizi isə ombalarınızın üstünə qoyun.umumi-plan
  • Profildən şəkil çəkdirərkən belinizi əyməyin! Əgər siz selülitə görə narahat olursunuzsa, bu zaman bədəninizin “problemli” hissəsini kameradan bir az çevirin və onu əlinizlə örtün. Bundan başqa çalışın ağırlıq mərkəzini arxa ayağınızın üstünə keçirə və qarnınızı çəkəsiniz.profil
  • Taxtda şəkil çəkdirərkən taxta lamantin kimi sərilməyin. Bir az qalxın və əlinizlə qarnınızı örtün, dizlərinizi birlikdə saxlayın və gülümsəyin:)taxtada-sekiltaxtada-sekil-cekmek
  • Hovuzda şəkil çəkdirərkən qarnınızı qabağa verməyin və daha zərif görünmək üçün sadəcə ayaqlarınızı şəkildə göstərildiyi kimi qoyun.baseynde-sekil-cekdirmek
  • Ombalarınızın şəkillərdə daha yaxşı görünməsi üçün sadəcə ayaqlarınızı birlikdə saxlayın və ayaqlarınızın üstündə iki santimetr qalxın. Bu fotolar həm sizin ayaqlarınızı uzadacaq, həm də ombalarınızı çəkəcək.ombalar
  • Bu formada şəkil çəkdirərkən belinizi bükməyin, qarnınızı qabağa verməyin, çənənizi azca qaldırın və əlbəttə ki, gülümsəyin. Təbəssüm sizi həmişə dəfedilməz edəcək.
loading...
Şərh yaz