Çin ulduz falı – yeni ildə bizi nə gözləyir?

loading...

Çin yeni ili 31 yanvar 2014-cü il başlayıb 18 fevral 2015-də başa çatır. Verilmiş proqnoz məhz bu zaman kəsiyini əhatə edir.

Başlayan bu ilin simvolu atdır- temperamentli, narahat, əsəbi. Bu ili sakit il adlandırmaq olmaz. Dəyişikliklər gözlənilir. Bu ili rahat başa vurmaq üçün möhkəmlik, hər şeyə uyğunlaşma, tolerantlıq və dəyişikliyə dözümlülük tələb olunur. Başqa sözlə hər şey olduğu kimi qalsın mövqeyi ilə yaxşı heç nəyə nail olmaq olmaz.

Pələng (1938, 1950, 1962, 1974, 1986, 1998, 2010, 2022)

Bu il Pələnglər nəfəs ala bilər. Sanki çiyinlərinizdən ağır yük götürüləcək və əvvəlkindən daha yaxşı işləyəcəksiniz. Siz düzgün qəraralar qəbul edəcək və ətrafda baş verənləri daha yaxşı hiss edəcəksiniz.

Bu il sübut edəcəksiniz ki, siz nəinki evinizdə, həm də peşə sahəsində öz taleyinizin sahibisiniz. Bütün bu uğurlar sizin xarici görünüşünüzdə də özünü büruzə verəcək. Ətrafdakılar sizinlə ünsiyyətdən zövq alacaqlar. Siz etibarınıza görə xüsusi hörmət qazanacaqsınız. Məhz bu xüsusiyyətinizə görə çoxdan arzusunda olduğunuz sərfəli müqavilə imzalayacaqsınız.

İlan (1941, 1953, 1965, 1977, 1989, 2001, 2013, 2025)

İlk növbədə özünüzə və qabiliyyətlərinizə inanın. O cümlədən savad, bilik, bacarıq və təcrübənizə. Məhz bu il nəyə qadir olduğunuzu sübut edə biləcəksiniz. Siz başqalarının söz verdiklərini edə biləcəksiniz. Yazın sonu yayın əvvəli həyata daha realist baxa biləcək və nəticədə maddi vəziyyətiniz düzələcək.

Vaxtınızın çoxunu sevdiyiniz insanla keçirin. Bu mənəvi rahatlıq üçün vacibdir.

Xoruz (1933, 1945, 1957, 1969, 1981, 1993, 2005, 2017)

İndiyə qədər siz məntiqli olmusunuz; əvvəlcə düşünüb, sonra danışmısınız. Nəhayət ki, öz mövqeyinizin bəhrəsini görmək vaxtı gəlib çatıb. Peşə sahəsində sizi layiq olduğunuz uğur gözləyir, maliyyə planlarınız da öz bəhrəsini verəcək. Ümumilikdə imkanlar orta statistikdən parlaq imkanlara çevriləcək.

Aprel, may və sentyabrda öz yarına rast gəlməyənlər diqqətli olmalı və onu görmək üçün gözlərini “dörd açmalıdır.”

Keçi ( 1943, 1955, 1967, 1979, 1991, 2003, 2015, 2027)

Uğura gedən yol sizin üçün o qədər də asan olmayacaq. Bəzi maneələri inadkarlığınız sayəsində öhdəsindən gələ bilərsiniz.

Siçan (1936,1948, 1960, 1972, 1984, 1996, 2008, 2020)

Gələn il sizin üçün olduqca uğurlu olacaq. Bütün sahələrdə- sevgidə və iş həyatında uğur sizinlə olacaq. Sizin dinamikliyiniz hədər getməyəcək. Ələlxüsus əgər işiniz alqı-satqı ilə əlaqədardırsa, daha böyük nailiyyətlər sizi gözləyir.

Əgər siz tənhasınızsa, bu il yarınızı tapmaq ehtimalınız da böyükdür.

Bu il pul sizin üçün ikinci dərəcəli olacaq. Qarşınıza qoyduğunuz məqsədə nail olmağınız sizin üçün puldan daha vacib olacaq. Mart, iyun və sentyabr aylarında uğuru əldə etmək üçün daha diqqətli olun.

Dovşan (1939, 1951, 1963, 1975, 1987, 1999, 2011, 2023)

Siz təbiətən pessimistsiniz. Lakin bu il bu o qədər də hiss olunmayacaq. Bu il aldığınız sərbəstlik enerjisi sizə gümrahlıq və optimisltik gətirəcək. Nöb0vbəti ildə siz dünyaya pozitiv baxacaqsınız, bunun nəticəsində də şəxsi həyatınız qaydasına düşəcək.

İş həyatında isə qəfil sıçrayışlar mümkündür. Xüsusən aprel, may və iyulda iş imkanları geniş olacaq. Lakin əlinizi sallayıb oturmayın, bunun üçün zəhmət çəkmək lazımdır.

Donuz (1935, 1947, 1959, 1971, 1983, 1995, 2007, 2019)

Ətrafınızdakı aləm dəyişir, deməli siz də dəyişməlisiniz. Bu elə bir zamandır ki, tale sizə limondan limonad düzəltmə şansı verir. Bu şansı əldən verməyin. Yeni ideyalar yaratmağa cəhd edin. Böyük ehtimalla onlara ehtiyac olacaq. Mart və aprel ayları sizə maddi stabillik gətirəcək.

Bu il daha çox başqaları- doğmalar, yaxınlar, iş ortaqlarınız barədə daha çox düşünəcəksiniz.  Çalışın sağlamlığınızı qoruyun. Düzgün qidalanın, yatın və çox hərəkət edin.

Öküz (1937, 1949, 1961, 1973, 1985, 1997, 2009, 2021)

Heç kimə heç nə sübut etməyin. Sadəcə bacarığınızı nümayiş etdirin, o, özü lazımi yerini tutacaq. Ən gərgin, heç gözlənilməyən vaxtlarda sizin həqiqəti birbaşa söyləməniz ətrafdakıların rəğbətini qazanmaq deməkdir. Həm iş, həm də sevgi həyatında nəzərə çarpacaq uğurlar olacaq.

Həqiqət üçün radikal metodları istifadə etmədən mübarizə aparmağa davam edin.

Bu il heç vaxt olmadığı qədər özünüzə güvənə ehtiyacınız olacaq. May və iyun ayları sevgi sahəsində, fevral, sentyabr və oktyabr isə gəlirin artması ilə xarakterizə olunacaq.

Meymun ( 1932, 1944, 1956, 1968, 1980, 1992, 2004, 2016)

Bu il sizin üçün iş həyatınızdakı uğurlarla yadda qalacaq. Siz işinizdə zirvəyə ucalacaq və heç kim sizə rəqib ola bilməyəcək. Bununla yanaşı ətrafdakılar sizin uğurlarınza şad olacaq. Ona görə də arzusunda olduğunuz işlərə başlaya bilərsiniz. Bu il ağlınıza gəlməyən nəticələr əldə edə biləcəksiniz.

Şəxsi həyata gəlincə çox söz verməməyə çalışın. İl ərzində idmanla məşğul olun. Yaxşı qidalanın, sağlamlığınızın qeydinə qalın.

At ( 1930, 1942, 1954, 1966, 1978, 1990, 2002, 2014, 2026)

Sözsüz 2014-cü il sizin ildir. Siz güclə dolusunuz, dağları aşırmağa hazırsınız və ulduzlar sizə kömək edəcək. Avqust, sentyabr və oktyabrda fövqəl qüvvələrin köməyinə güvənə bilərsiniz. Bu il sizin nə qədər açıq, dostsevər və pozitiv olduğunuz ortaya çıxacaq.

İş həyatınızda işgüzarlığınız öz bəhrəsini verəcək və hər kəs anlayacaq ki, uğurlar təsadüf deyil, qanunauyğunluqdur. Növbəti ildə sağlamlığınız da sizi məyus etməyəcək.

Əjdaha (1940, 1952, 1964, 1976, 1988, 2000, 2012, 2024)

Çalışın özünüz olun. Olduğunuzdan daha yaxşı görünməyə çalışmayın. İlin ilk yarısı sevgidən zövq alacaqsınız, o bütün qəlbinizi fəth edəcək. Lakin ilin ikinci yarısı bu sevgi haqqında düşünməyə işlərinizə görə düşünə bilməyəcəksiniz. Güclü olun! Yanvar, fevral və noyabrda iş həyatınızda uğur qazana bilərsiniz. Sağlamlığınız isə il boyu möhkəm olacaq.

İt (1934, 1946, 1958, 1970, 1982, 1994, 2006, 2018)

Bu il sizin üçün xoşbəxt il olacaq. Yeni təkliflər alacaq və onlar sizə yeni gəlir gətirəcək. Sizi həm də səyahətlər gözləyir. Yeni tanışlıqlar, yeni təəssüratlar ili olacaq. Həm də bu il flört həvəsi sizi bürüyəcək. Əgər yarınız yoxdursa, bu hissinizdən zövq ala bilərsiniz. Əgər yarınız varsa, bir-birinizi yenidən kəşf edin.

loading...
Şərh yaz