loading...

Ya tənbəllikdən, ya da ayağn daha isti qalması üçün bəzi insanlar corabla yatmağı sevir. Corabla yatmaq “periferik” dövrana mənfi təsir edir, yəni o hissədəki qan dövranını pozur. Qan dövranının pozulması ayağın bozarmasına, dərinin qurumasına və uzun müddət dırnaqların pis vəziyyətdə olmasına səbəb ola bilər.

Corabla yatağa girmək həmçinin tərləməyə və ayaqların havasız qalmasına yol açdığından ayaqda göbələk infeksiyalarına səbəb olur.

Corabla yatmanın ortaya çıxaracağı bir digər problem də ayaqda çıxa biləcək egzamalardır. Çorabda qalan yuyucu maddələrin qalıqları uzun təmas nəticəsində irritan dermatitə ya da allergik dermatitə səbəb olub ayaqda qaşıntı, qızarma, kəpəklənmə kimi şikayətlərə gətirib çıxarır, həmçinin dəridə qurumayla birlikdə qaşıntılara da səbəb ola bilir. Buna görə gecə yatarkən corabların çıxardılması dəri və ayaq sağlamlığı baxımından son dərəcə əhəmiyyətlidir.

Doğru corabdan istifadə

Ayaqqabılar ayağı tərlətməyən, pambıq corablarla geyilməli, corablar tez-tez dəyişdirilməli və yuyulduqdan sonra yaxşıca qurulanmalıdır. Corabda yuyucu maddə artıqları qaldığı təqdirdı qaşıntı olur.

Ayaqlara qulluq

Dırnaqlar ətə batmayacaq şəkildə düz olaraq kəsilməli, gigiyenik olmayan alətlərlə pedikür edilməməli, ayaqlar yuyulduqdan sonra barmaqların arası yaxşıca qurulanmalı və uyğun bir kremlə ayaq kremlənməlidir. Bu faktorlara diqqət edilməzsə, ayaqda müxtəlif ortopedik pozğunluqların, yəni göbələk, qabar, egzama, dırnaq batması, dırnaq infeksiyaları kimi bir çox dermatoloji problemlə qarşılaşmaq mümkündür.

loading...
SHARE
Şərh yaz