Çox dadlı peçenye reseptləri

loading...

Peçenye – həm bayram, həm də ki, adi günlərdə sevilən və geniş istifadə olunan şirniyyat növüdür. Bu çərəzin hazırlanması üçün bizə yağlı xəmir lazım olacaq. Bu xəmirdən hazırlanmış şirniyyatlar dadı və zərifliyi ilə seçilir.

Ev şəraitində bu peçenyeni hazırlamaq üçün, sizə lazım olacaq:

  • 200 q kərə yağı;
  • 1 stəkan şəkər;
  • 200 q xama;
  • 2 yumurta;
  • 5-4 stəkan buğda unu;
  • ½ ç.q. soda;

Şəkəri yumurta ilə ağarana kimi çalın. Bu xəmirin hazırlanması üçün əsas şərt – yumurtanın soyudulmuş olmasıdır. Kərə yağını yumşaldın, yumurta qarışığını çalmağı dayandırmadan onun üzərinə yağ, soda və vanilin əlavə edin. Sonda həcmli həmcins kütlə alınmalıdır.

Alınmış kütlənin üzərinə un əlavə edin və yumşaq xəmir yoğurun. Xəmiri təxminən 1.5 sm. qalınlıqda yayın, sonra istədiyiniz formada peçenyelər kəsin. İstəkdən asılı olaraq yayılmış xəmirin üzərinə şəkər ilə qarışdırılmış darçın və ya xırdalanmış qoz da səpmək olar.

Bişirmə qabına marqarin sürtün və peçenyeləri onun üzərinə düzün. Bu zaman peçenyelərin üzərinə kişmiş və ya mürəbbədən meyvə dəni qoya bilərsiniz, sadəcə onları birazca xəmirə batırmaq lazım olacaq.

Bu peçenyenin növbəti maraqlı üsulları da var:

  1. Əvvəlki reseptə uyğun xəmir yoğurun və onu 2 yerə bölün. Xəmirin bir hissəsinə 0.5 çay qaşığı kakao tozu əlavə edin və yaxşıca yoğurun. Ayrı-ayrılıqda iki xəmir yayın (adi və kakaolu) və eyni ölçülü peçenye formalarında kəsin. Peçenyelər bişdikdən sonra istənilən kremin, qaynanmış qatılaşdırılmış südün və ya cemin köməyi ilə açıq və tünd rəngli peçenyeləri bir-birinə birləşdirin.
  2. Peçenyeləri bir az uzunsov, “barmaq” formasında kəsin və bişirin. Hazır peçenyeləri əridilmiş şokolada batırıb soyuducuya qoyun ki, onların üzərindəki şokolad donsun.
loading...
Şərh yaz