Çuğundur salatı

1234
loading...

Qış salatı. Çox ləzzətli və doyurucu

Yeni il süfrələr çox yaraşır.

Hazırlanması:

8 nəfərlik Bişmə müddəti 20 dəqiqə

İçindəkilər:

  • 4 ədəd orta ölçülü çuğundur
  • 2 diş sarımsaq 1 ədəd şəkər
  • 3 xörək qaşığı sirkə (alma və ya üzüm)
  • 1 ədəd böyük ölçülü ağ quru soğan
  • yarım stəkan konservləşdirilmiş yaşıl noxud
  • 1 stəkan qaynadılmış quru lobya
  • 6 xörək qaşığı zeytun yağı
  • 1 ədəd limon suyu
  • 1 çay qaşığı duz
  • yarım çay qaşığı qara bibər
  • türk qəhvəsi fincanıyla 1 fincan ilıq su

Lobyaları bir gün öncədən isladın. Yumşalana qədər qaynadıb süzün.

Ağ quru soğanı soyub ortadan ikiyə bölün. İncə yarımay şəklində doğrayıb dərin bir qaba alın. Üzərinə duz və qara bibər səpib 6 qaşıq zeytun yağının 3 qaşığını əlavə edin. Yüngül şəkildə soğanı ovun və bir kənara qoyun.

Çuğundurları bol suyla yuduqdan sonra dördə bölərək bir qazana qoyun. Üzərinə soyulmuş sarımsaqları, sirkəni, şəkəri və 6-7 stəkan suyu əlavə edib yumşalana qədər qaynadın. Ən azı 30 dəqiqə bişirin. Suyu süzüb soyuması üçün bir kənara qoyun. Soyuduqdan sonra çuğunduru kiçik doğrayın və dərin bir qaba alın. Konservləş-dirilmiş yaşıl noxudun suyunu süzüb çuğundura əlavə edin.

Qaynatdığımız lobyaları da salata qatın. Qalan zeytun yağını və ilıq suyu salatın üzərinə gəzdirib yavaşdan qarışdırın. Ən son soğanları qatıb servis tabağına alaraq servis edin.

loading...
SHARE
Şərh yaz