Dalğalı saçı olan xanımlar üçün süd maskası

loading...

Saç düzləşdirmək üçün istifadə edilən kimyəvi vasitələr saça zərərlidir. Aile.lent.az bunu nəzərə alaraq saç düzləşdirməyin təbii yolunu təqdim edir.
Saçınızı həm gücləndirmək, həm qidalandırmaq, həm də düzləşdirmək üçün bu süd maskasından istifadə edin.

  • ½ stəkan süd
  • 1 çay qaşığı bal
  • 2-3 ədəd əzilmiş çiyələk

Sprey şüşəsi

Bunları sprey şüşəsinə əlavə edib yaxşıca çalxalayın. Qarışımı saçınıza püskürdüb darayın. Yarım saat saxladıqdan sonra ilıq suyla yuyub durulayın. Bu maska dalğalı saçlarda daha effektli olur. Çox qıvrım saçlarda təsirini göstərməyə bilər, ancaq istənilən halda saçınızı yaxşı qidalandıracaq.

//lent.az

loading...
Şərh yaz