Dəbli ofis stili

loading...

Müasir biznes xanımları hər zaman və hər yerdə qüsursuz görünməyə çalışırlar. Bu qadınların öz vaxtlarının çox hissəsini işdə keçirməsi hər kəsə bəllidir. Bütün xanımlar dəbi izləsələr də, bəzən öz qarderoblarında ofis geyimlərini təzələməyi unudurlar. Zərif ofis geyimi karyerada müvəffəqiyyət qazanmağın əsas üsullarından biri hesab edilir. Dəbli geyim sahibələri kolleqaları və müdirləri tərəfindən özünə arxayın, etibarlı və məsuliyyətli əməkdaş kimi qəbul edilir və karyerada daha tez müvəffəqiyyətlərə nail olurlar.

Ofis geyimi keçən əsrin əvvəllərində peyda olub və əvvəllər dəbli hesab edilmirdi. Məsələ ondadır ki, 30-cu illərdə müvəffəqiyyətlərə canan atan və özünə arxayın qadınlar öz qarderoblarını kişilərin qarderobuna əsasən qururdular (qalstuk, köynək, pencək). O vaxtdan rəsmi üslub bir neçə dəfə təkamül edilib və artıq müasir biznes ledi daha zərif və cazibədar görünür.

İşgüzar geyimdə dəbli və orijinal görünmək üçün sizə bir neçə məsləhət təqdim edirik
  • Ofis üçün qara klassik don. Bu qadın qarderobunda universal əşya hesab edilir. Ofis üçün don dekolte olmamalıdır, uzunluğu dizə qədər olmalıdır, qabarıq detallarsız və parlaq aksessuarlarsız olmalıdır. Donun uzunluğu sahibəsinin psixoloji rahatlığı çərçivəsində olmalıdır. Geyim rahat olmalıdır və o sizi sıxmamalıdır.
  • Futlyar-don. Bu don ofis geyimi üçün məşhur modellərdən biridir. O yığcamdır, lakonikdir və eyni zamanda çox zərif görünür. Dona gözəllik vermək üçün sadəcə hansısa bir aksessuardan istifadə etmək kifayətdir. Bu halda əsas aksent məhz qadının belinə edilir.
  • Ofis üçün kombinezonlar. İşgüzar qarderoba həmçinin kombinezonları da aid etmək olar. Bu geyimdə qadınlar özlərini rahat hiss edəcək və zərif görünəcəklər. Əsas düzgün fason və parça seçməkdir. Ciddi biçim, tünd rəngli qalın parçalar və bir az aksessuar obrazınızı əvəzedilməz edəcək. Kombinezonlar əsasən qamətli hündür boy xanımlarda mükəmməl görünür.
  • İşgüzar kostyum. Artıq işgüzar kostyumu bir neçə variantda əldə etmək mümkündür. Kostyum da həmçinin ciddi, tünd tonlarda, parlaq elementlərsiz olmalıdır. Bu halda siz həm şalvar, həm də ki, ətək kostyumlarına diqqət edə bilərsiniz. Lakin diqqət edin ki, kostyumun ətəyi çox qısa, şalvar isə çox dar olmasın.
  • Bluz və köynəklər. Klassik bluzlar və köynəklər hər zaman rəsmi üslub elementləri olub. Bu mövsüm də istisna deyil. Bu halda köynəklərin birrəngli olması arzu olunandır. Çalışın təbii materiallardan hazırlanmış köynəklərə üstünlük verəsiniz.
  • Ayaqqabı seçimi. Rəsmi üslubda xanımlar artıq dekorsuz sadə ayaqqabılara üstünlük verməlidir. Ayaqqabıların dabanı orta hündürlükdə olmalıdır (3-7 sm.). Klassik qaydalara əsasən ayaqqabını yalnız qara və ya kostyumun tonunda olmalıdır.
loading...
Şərh yaz