Dəri baxımı üçün ev maskaları

loading...

Dəri baxımınız üçün, istifadə etməniz lazım olan bir çox faydalı dəri baxım məhsullarını kosmetik məhsullar satan mağazalardan ala bilərsiniz. Dəri növünüzə uyğun dəri baxım maskaları ilə daha sağlam, daha parlaq, daha canlı bir dəriyə qovuşmaq olar. Dəri növünüzə uyğun dəri maskalarını nizamlı istifadə etdiyinizdə sızanaq, akne, günəş ləkəsi, dəri qırışıqlıqları kimi problemləri yox edə bilərsiniz. Lakin kosmetik sənayenin çıxardığı dəri baxım məhsulları qiymətləri sizə çox baha gəlirsə və ya ala bilmək, imkanınız yoxdursa evdə özünüzdə çox faydalı dəri baxım maskaları hazırlaya bilərsiniz.

Xiyar maskası:

Xiyar maskası ilə dərinizin daha canlı və daha sağlam görünməsini təmin edə bilərsiniz. Xiyar maskası hazırlamaq üçün, bir kasanın içinə qabıqlarını soyduğunuz yarım xiyarı püre halına gələnə qədər blenderdən çəkin. Üzərinə bir yemək qaşığı düyü unu, bir çay qaşığı alma sirkəsi əlavə edin və qarışdırın. Bu dəri maskasını üzünüzə və boyunuza sürtüb, yarım saat gözləyin və ilıq su ilə yuyun. Həftədə bir dəfə etməniz kifayət olacaq ki bu xiyar maskasının qısa müddətdə faydasını görə biləsiniz.

Bal maskası:

Bal maskası ilə üzünüzdəki qırışıqlıqları yox edə bilərsiniz. Bir kasanın içinə bir yemək qaşığı yulaf unu, bir çay qaşığı bal, bir çay qaşığı limon suyu əlavə edin və qarışdırın. Əldə etdiyiniz ballı qarışığı üzünüzə və boyunuza sürtüb 20 dəqiqə gözləyin və ilıq su ilə yuyun. Bu qarışığın içinə istəsəniz bir çay qaşığı zeytun yağı əlavə edərək, dərinizin nəmlənməsinə şərait yarada bilərsiniz. Ancaq zeytun yağının tük köklərini bəslədiyini düşünsək, görünməyən incə tükcüklərin köklərini qüvvətləndirmə riski olacağını unutmayın. Bu səbəbdən zeytun yağını ya çox az, ya da heç əlavə etməyə bilərsiniz.

Yumurta maskası:

Yumurta maskası ilə dəri ləkələrinin, günəşin zərərli şüalarına məruz qalma nəticəsində yaranan günəş ləkələrinin və sızanaqların yox olmasını təmin edə bilərsiniz. Bir kasanın içinə 2 ədəd yumurtanın yalnız ağını qatın. Üzərinə maska lazimi qədər düyü unu əlavə edin və qarışdırın. Ardından bu yumurtalı maskanı üzünüzə və istəsəniz əllərinizin üzərinə maska şəklində qoyun, quruyana qədər saxlayın. Quruyan yumurtalı maskanı ilıq su ilə yuyun.

Qatıq maskası:

Qatıq maskası xüsusilə qarışıq dəri tipinə sahib kəslərdə çox müvəffəqiyyətli nəticələr verir. Bir kasanın içinə bir yemək qaşığı yulaf unu, 1 yemək qaşığı qatıq, bir çay qaşığı zeytun yağ tökün və qarışdırıb bu qatıqlı maskanı, üzünüzə, boyunuza, dekoltenizə sürtüb qurumasını gözləyin. Maska quruduqdan sonra ilıq su ilə yuyaraq, təmizləyin. Qatıqlı maska xüsusilə günəş ləkələrini azaltmaq üçün çox effektli dəri maskasıdır.

Kök maskası:

Kök suyundan hazırlayacağınız dəri maskası, gün içində yorulmuş olan dərinizi təkrar canlandırmaq və daha sağlam görünməsini təmin etmək üçün çox təsirlidir. Bir kasanın içinə mətbəx robotundan keçirərək suyunu çıxardığınız bir kökün suyunu, bir yemək qaşığı limon suyunu və bir çay qaşığı küncüt yağı, bir yemək qaşığı yulaf ununu qoyub qarışdırın. Ardından bu maskanı üzünüzə sürtün və yarım saat gözləyib yuyun. Dərinizdəki bütün yorğunluq izlərinin yox olduğunu görəcəksiniz.

loading...
SHARE
Şərh yaz