loading...

Zəncəfilin faydalı xüsusiyyətləri insanların əksəriyyəti qiymətləndirir – o antiseptik, sakitləşdirici, antioksidant xüsusiyyətə malikdir. Onu yalnız qoxusuna  görə içkilərə və yeməklərə əlavə etmirlər, həm də onun qeyri-adi, xeyirli səbəbləri var.

Ən maraqlısı odur ki, öz faydalı xüsusiyyətlərinin böyük miqdarına görə zəncəfil dərinin istənilən tipi üçün tamamilə universaldır!

[dropcap type=”1″]DİQQƏT! Zəncəfil yandıra bilər, buna görə təmiz halda üz dərisinə çəkmək tövsiyə edilmir. Əvvəlcə onu biləkdə yoxlamaq lazımdır. Gözlərə düşməməsi üçün daha ehtiyatlı olun. Sizə zəncəfildən hazırlanan bir neçə maska təklif edirik:[/dropcap]

  1. Piyli dəri üçün maska – dəri piyinin artıqlarını neytrallaşdırır: Sürtkəcdən keçirilmiş 1 çay qaşığı zəncəfili, 1 çay qaşığı çobanyastığını və ya bir neçə damcı limon şirəsini, 1 xörək qaşığı ağ gilin həlimində yaxşıca qarışdırırıq. Daha sonra isə maska şəklində üzə tətbiq edirik.
  2. Problemli dəri üçün maska – azca qurudur, qıcıqlanmanı aradan qaldırır və bakteriyaları məhv edir: Sürtkəcdən keçirilmiş 1 çay qaşığı zəncəfil, 1 çay qaşığı tünd dəmlənmiş yaşıl çay.
  3. Üz dərisini ağardan maska – piqment ləkələrinin rəngin açır, üzün rəngini düzəldir: Sürtkəcdən keçirilmiş 1 çay qaşığı zəncəfil, 1 çay qaşığı istənilən sitrus efir yağı, 1 çay qaşığı cəfəri həlimi.
  4. Canlandıran maska – Üzün rəngini yaxşılaşdırır, dərini çəkir və təravətləndirir: Sürtkəcdən keçirilmiş 1 çay qaşığı zəncəfil, 1 çay qaşığı nar şirəsi.
  5. Şişlərdən qurtulmaq üçün effektiv maska – Üzdə olan şişləri tez və effektiv aradan qaldırır. Sürtkəcdən keçirilmiş 1 çay qaşığı zəncəfil, sürtkəcdən keçirilmiş 1 çay qaşığı alma və ya çiy kartof.
  6. Başın dərisi üçün maska – saçların artmasını stimullaşdırır, kəpəkdən azad edir, parıltı verir: Sürtkəcdən keçirilmiş 1 çay qaşığı zəncəfil, 1 çay qaşığı ayıpəncəsi yağı, 1 çay qaşığı limon şirəsi, 1 çay qaşığı bal və yumurta sarısı.
  7. Masaj üçün Antisellület krem – dərini çəkir, “portağal qabıqlar” effektini aşağı salır: Sürtkəcdən keçirilmiş 2 xörək qaşığı zəncəfil, 1 xörək qaşığı portağal şirəsi, 100 q zeytun yağı, 2 xörək qaşığı dəniz duzu və ya qəhvəyi şəkər.

Üz üçün hazırladığınız maskaları 20 dəqiqədən artıq saxlamaq olmaz, saçlar üçün maskanı – 40-50 dəqiqə başı nazik klonka ilə örtərək saxlamaq  lazımdır.

loading...
Şərh yaz