loading...

Bu yaş dövründə dəri qocalma prosesinə məruz qalmağa başlayır – göz və burunun ətrafında mimik qırışlar nəzərə çarpır. Dəri kompleksli qulluğa ehtiyac duyur və ən əsası qırışların qabağını ala biləcək anı buraxmamaqdır. Məhz həmin vaxt dərini vitaminlərlə və qidalandırıcı maddələrlə təmin edəcək və kollagenlə elastinin əmələ gəlməsinə imkan yaradacaq vasitələrdən istifadə etməyə başlamaq zəruridir.

Şübhəsiz, bu yaş dövründə dəri özü yetərincə cavan hüceyrə hasil edərək təzələnmək iqtidarındadır. Lakin bununla belə, onun artıq müdafiəyə ehtiyacı var. Elə buna görə də dərini vaxtından əvvəl qocalmaya səbəb olan azad radikallardan qoruyacaq kremlərdən istifadə etmək tövsiyə olunur. Bundan başqa, kosmetik vasitələrin tərkibində mineral maddələr də mütləq zərurətdir.

Qocalıq prosesi özündə molekulyar və hüceyrə defektlərini birləşdirib, həqiqi və xarici olur. Həqiqi qocalıq genetik proqrama əsaslanır, xarici qocalıq isə xoşagəlməz amillərin nəticəsidir.

Dərinin lipid baryerini qoruyub saxlamaq üçün yeniyetmələr üçün nəzərdə tutulmuş losyon və toniklərdən istifadədən qaçmaq, günəşin altında həddən artıq gəzməmək, həmçinin dəriyə eyni zamanda sürtülən vasitələrin sayını azaltmaq tövsiyə olunur. Lipid baryerinin bərpası üçün yağlı turşular tərkibli vasitələr, məsələn, qara qarağat və enoter, itburnu, keş, küncüt və avokado yağı əvəzolunmazdır.

Son məlumatlar onu göstərir ki, vaxtından əvvəl meydana çıxan qırışların səbəbi ultrabənövşəyi şüalardır, fotoqocalığın qarşısını alan vasitələr kimi isə antioksidant və qabıqlandırıcı agentləri (retin turşusu və alfa-hidroturşular) çəkirlər. Kosmetikada antioksidant rolunda vitamin E, C, bitki ekstraktları, karotinoidlər çıxış edir.

loading...
SHARE
Şərh yaz