Di Kaprio, nəhayət ki, “Oskar” aldı

loading...

Amerika Kino Akademiyasının təsis etdiyi “Oskar” mükafatının 88-ci qaliblərinin adları açıqlanıb.

Mərasimdə mükafat qazanan filmlərin adları açıqlanıb. Bəlli olub ki, “Mad Max: Fury Road” filmi 6 nominasiya üzrə Oskar qazanıb:

  • Ən yaxşı geyim dizaynı,
  • ən yaxşı set dekorasiyası
  • ən yaxşı qrim,
  • ən yaxşı montaj,
  • ən yaxşı səs effekti
  • ən yaxşı səs montajı

“Ən yaxşı original senari” nominasiyasını “Spotlight” filminin senari yazarı Josh Singer və Tom McCarthy qazanıb.

“Ən yaxşı ssenari mükafatı”nı isə “The Big Short” filminin senarisi ilə Charles Randolph və Adam McKay əldə edib.

“Ən yaxşı xarici film” mükafatını Macarıstan istehsalı olan “Son of Soul” adlı film qazanıb.

5 dəfə namizəd olan və heç vaxt mükafat almayan Leonardo Di Kaprio “Diriliş” adlı filmdəki roluna görə “Ən yaxşı kişi oyunçu”, Brie Larson isə “Ən yaxşı qadın oyunçu” mükafatının sahibi olub.

“Ən yaxşı rejissor” mükafatını Meksikalı Alejandro Gonzalez Inarritu qazanıb.

loading...
SHARE