Dırnaqlarınıza uyğun xarakteriniz

loading...

Sən demə dırnaqlarımızın forması, uzunluğu və hətta rəngi bizim haqqımızda bir çox maraqlı şeylər danışa bilər.

Kvadrat formalı dırnaqlar ciddilik və səmimilik rəmzidir

dirnaq

Bura həm kiçik dırnaqlarda kvadrat forması, həm də uzun dırnaqlarda düzbucaq forması aiddir. Bu intriqalara meylli olmayan kifayət qədər düz və açıq insanlardır. Bu tip insanların öz fikirlərini gizlətmədikləri üçün az dostu və çox düşməni olur. Lakin buna baxmayaraq onlar yaxşı işçidir və məsələni hər zaman sonuna kimi həll etməyi sevirlər. Bu orta təbəqənin yaxşı icraçıları, savadlı rəhbərləridir ki, yuxarı qalxmaq üçün onlara manevr etmək bacarığının və qeyri-standart düşünmə qabiliyyətinin olmaması mane olur. Ailədə belə insanlar ənənəvi dəyərlərin tərəfdarlarıdır.

Oval dırnaq forması güzəştə getmək bacarığı haqqında danışır

oval-dirnaq

Bura kənarları yuvarlaqlaşdırılmış bütün dırnaq formaları daxil olur (yumru, oval və badamşəkilli dırnaq formaları). Bir tərəfdən belə insanlar çox həssas olur və öz qurduqları dünyada yaşayırlar. Uzun müddət narahat olmağa və xoşagəlməz hadisələr haqqında fikirləşməyə meyllidirlər. Belə insanların əksəriyyəti öz həyəcanlarını başqalarının yanında göstərməyə öyrəşməyiblər, əksər hallarda onlar özləri özləri ilə danışır. Digər tərəfdən, bu olduqca etibarsız təbiətli insanlardır ki, onlardan yaxşı diplomat, kadr işçiləri çıxır. Bu tip insanlar müxtəlif kollektivlərlə əla yola gedirlər, çünki təbiətcə ünsiyyətcil və xeyirxah olurlar.

İti dırnaq forması yaradıcı və sərt insanlara məxsusdur

iti-dirnaq

Bu sıraya yaradıcı, qeyri-standart düşüncəyə meylli insanlar aid edilir. Buna görə bu insanlara yaradıcı şəxsiyyətlərin bütün keyfiyyətləri məxsusdur: xəyalpərəstlik, dünyaya sevgi, müşahidəçilik, hirslilik, səbirsizlik, həssaslıq, zəiflik, zərif ürəklilik. İşdə bu insanlar daim yenilik axtarır.

Dırnağın uzunluğu və insanın xarakteri

uzun-dirnaq

Dırnağın uzunluğu da həmçinin insan haqqında çox şey danışa bilər. Xanımın dırnağı nə qədər uzun olarsa, ona bir o qədər daha çox diqqət lazımdır. Diqqət də təbii ki, onun çatışmazlığından əziyyət çəkənlərə lazımdır. Buna görə, xanımın dırnaqları nə qədər daha çox uzundursa, dırnaq boyasının rəngi parlaqdırsa, manikürü qeyri-adidirsə, deməli onun həyatı bir o qədər qaydasızdır. Yeri gəlmişkən, çox uzun dırnaqları olan xanımlara kişilərdə həmçinin şübhəli yanaşır. Bu ona işarə edir ki, bu xanımlar ev işləri ilə məşğul olmurlar.

Əgər xanımın dırnaqları çox qısadırsa, bu da kişilərin ürəyincə deyil. Çünki onlar öz zahiri görünüşünə diqqət edən romantik xanımları sevirlər. Buna görə çalışın daim təxminən 1 santimetr uzunluqda olan dırnaqlarınız olsun.

loading...
Şərh yaz